Dünya

Rusiya Moldovaya qaz tədarükünü dayandırır 

29 Dekabr, 2024
51

Adi-analytics.com

Rusiyanın “Qazprom” şirkəti şənbə günü “Moldovagaz” şirkətinə bildiriş göndərib ki, ödəniş öhdəliklərini yerinə yetirmədiyinə və “yığılmış borca” görə Moldova Respublikasına təbii qaz tədarükü tamamilə dayandırılacaq.

Qərar 1 yanvar 2025-ci il tarixində, Moskva vaxtı ilə səhər saat 8-də qüvvəyə minəcək

Rusiyanın hesablamalarına görə, Moldovanın qaz borcu 709 milyon dollardır. Moldova tərəfi isə beynəlxalq auditin nəticələrinə istinadla cəmi 8,6 milyon dollar borcu olduğunu bildirir. “Qazprom” Moldova hökumətinin əməkdaşlıq etdiyi britaniyalı və norveçli auditorların hesablamalarını qəbul etmir.

Moldovanın Baş naziri Dorin Reçan (Dorin Recean) “Facebook” platformasındakı səhifəsində buna cavab olaraq yazıb ki, Rusiya qazının tədarükünün dayandırılması ilk növbədə Moldovadan ayrılmış Dnestryanı bölgəsinə təsir edəcək.

Artıq xammal çatışmazlığı Dnestryanıda yerləşən, ölkənin elektrik enerjisinin 70%-ni təmin edən “MoldGRES” stansiyasının işini axsadıb.

Moldovanın sağ sahili Avropa qazının müəyyən hissəsini ehtiyat üçün saxlayıb, amma “MoldGRES” tamamilə dayansa, bu bölgə də işıqsız qalacaq.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

İlan ilinin sirri: bu il tarixi hadisələr baş verə bilər 

2 Yanvar 2025

cnn.com

Astrologiya qədim dövrlərdən bəri insan övladının ən çox maraq göstərdiyi sahədir. Səma cisimlərinin və onların vəziyyətində baş verən dəyişikliklərin Yerə, insanların həyatına təsir göstərdiyinə olan mistik inanış günümüzdə də davam edir. Elmi-texnoloji tərəqqinin mövcud səviyyəsinə baxmayaraq, astronomiya elmi ilə kvazielm sayılan astrologiya arasındakı fərqi bilənlərin sayı bu gün də çox deyil. Amma qeyd etmək lazımdır ki, astrologiya hətta ona inanmayanların da marağını cəlb edən bir məşğuliyyətdir. Necə deyərlər, fala inanma, falsız da qalma. Çin təqviminə əsasən 2025-ci il İlan ili hesab olunur. Adətən İlan ilində dünyada böyük kataklizmlər, tarixin gedişatını dəyişdirən hadisələr baş verir. XX əsrin əvvəlindən etibarən İlan illərində...
Dünya

Gürcüstanda pat vəziyyəti: Tramp kimi seçəcək?  

29 Dekabr 2024

Zurabişvilinin "X" hesabı

Gürcüstanda bu gün - 29 dekabr tarixinə gözlənilən siyasi dram baş vermədi. Səlahiyyət müddəti başa çatan prezident Salome Zurabişvili qarşıdurma yaratmadan prezident iqamətgahını könüllü tərk etməyə üstünlük verdi. O, iqamətgahın önünə toplaşmış vətəndaşlar qarşısındakı çıxışında legitimliyi, bayrağı və insanların etimadını da özü ilə apardığını bildirdi. Həmin dəqiqələrdə  parlamentdə legitimliyi müxalifət və Qərb tərəfindən tanınmayan yeni prezident Mixail Kavelaşvilinin andiçmə mərasimi keçirildi - hər hansı təntənə olmadan, yalnız hakim partiya təmsilçilərinin iştirakıyla.   Zurabişvilinin qərarı bir qədər gözlənilməz oldu. Çünki daha öncə o, prezidentlik institutunun ölkədə yeganə legitim hakimiyyət olduğunu və ayın 29-dan sonra da iqamətgahda oturmağa davam edəcəyini bəyan etmişdi. İndiki...

Seçilmiş Videolar

Toplum TV loqo