Minimum əməkhaqqının artırılması müəllimlərin maaşına təsir edəcəkmi?
Toplum TV
Məlum olduğu kimi, hökumətin rəsmi qərarı ilə minimum əməkhaqqının məbləği 16% artrıldı və 2025-ci il yanvarın 1-dən etibarən 400 manat olacaq. Son vaxtlar sosial şəbəkələrdə müzakirə edilən mövzulardan biri də budur - minimum maaşın artması ölkədə sayca ən çox olan, amma məvacibi çox da yüksək olmayan müəllimlərin də əməkhaqlarına təsir edəcəkmi?
Sonuncu dəfə müəllimlərin maaşı 2 il əvvəl – minimum əməkhaqqı və pensiyalarla eyni vaxtda artırılmlışdı. Son 2 ildəki inflyasiya müəllimlərin də alıcılıq qabiliyyətinə təsir etdiyi üçün onların qazanclarının indeksasiyası zəruridir.
Orta məktəb müəllimləri hazırda nə qədər maaş alırlar?
Bütün təhsil səviyyələri üzrə pedoqoji işçilərin təxminən yarısı və ya 150 min nəfəri orta təhsil pilləsində çalışır. Orta təhsil müəssisələrində 2016-cı ildən etibarən yeni əməkhaqqı sistemi tətbiq edilir. Müəllimllərin maaşının vahid tarif cədvəli əsasında minimum maaşa bağlılığı aradan qaldırılıb. Həmin vaxta qədər orta təhsil üzrə 19 dərəcəli vahid tarif cədvəli tətbiq edilirdi və 1-ci dərəcədə maaş minimum əməlkhaqqı məbləğində müəyyən edilmişdi. Hər dəfə ölkə üzrə məvaciblərin minimum səviyyəsi artırılanda, bütün dərəcələr üzrə adekvat şəkildə müəllimlərin də maaşları artırılırdı.
2015-ci ildən etibarən müəllimlərin biliyinin qiymətləndirilməsi üçün diaqnostika sistemi tətbiq edilməyə başlandı və artıq 2016-cı ilin iyulunda həmin qiymətləndirilmənin nəticələrinə uyğun olaraq onların maaşları üçün yeni mexanizmi işə düşdü. Bu qaydaya görə, artıq müəllimlərin əməyi tarif dərəcələrinə və minimum əməkhaqqı səviyyəsinə əsasən yox, təhsil səviyyəsinə və iş stajına görə müəyyən edildi. 3 ilə qədər stajı olan ali təhsillilər üçün ən aşağı maaş 350 manat, orta ixtisas səviyyəsinə malik müəllimlər üçün 320 manat oldu. Ali təhsillilər üçün ən yüksək maaş 450 manat, orta ixtisas təhsilli olanlar üçünsə 385 manat idi. Həmin vaxtdan sonra (2018-2023-cü illərdə) hökumətin 4 fəqli qərarı ilə müəllimlərin maaşı artırıldı. Sonuncusu 2023-cü ilin martında verilib. Bu qərara görə hazırda ən aşağı maaş 554 manat, ən yüksək maaş 785 manat təşkil edir.
Amma son 2 ildə hökumət başqa bir həvəsləndirici üsul da tətbiq etməyə başlayıb: 60 ballıq qiymətləndirmə sistemi çərçivəsində sertifikasiya imtahanında 31-50 bal toplayanların maaşlarına 10%, 51 baldan yüksək toplayanlar üçün isə 35% əlavə məvacib verilir. Məsələn, 20 il stajı olam müəllim 55 bal toplayıbsa,1059 manat (vergilər çıxılmdan - “kirli maaş”), 32 bal toplayıbsa 863,5 manat məvacib alır.
Amma müəllimin bu məbləğdə əməkhaqqı ala bilməsi üçün həftəlik dərs yükü 18 saat olmalıdır. Bundan az olanda maaş çatışmayan hər saatın dəyərinə uyğun azalır.
Yeni məvacib sisteminin tətbiq olunduğu son 8 ildə müəllimlərin rifahı nə dərəcədə yaxşılaşıb?
Aşağıdakı cədvəldə 2016-2024 cü illərdə dövlətə məxsus orta təhsil sisemində çalışan müəllimlərin məvaicibləri müqayisəli şəkildə təqdim olunub. Rəqəmlərdən də göründüyü kimi, staj və təhsil səviyyəsindən asılı olaraq 2024-cü ildə ən aşağı maaş 554 manat, ən yüksək maaş 785 manat təşkil edib. Ən kobud hesablamayla orta maaşın 670 manat təşkil etdiyini söyləmək mümkündür. 2016-cı ildə isə minimum maaş 320 manat, ən yüksək məvacib 450 manat, orta əməkhaqqı 385 manat olub.
8 ildə müəllimlərin maaşı 75% artıb. Bunu nə dərəcədə yaxşı göstərici saymaq olar? Bu sualı cavabın 2 göstəricidən asılıdır:
- müəllimlərin maaşının və iqtisadiyyat üzrə orta məvaciblərin artım tempi arasındakı fərq. Rəsmi statistika göstərir ki, iqtisadiyyat üzrə nominal maaş daha sürətlə artıb və 2016-2024-cü illərdə 98% təşkil edib. Orta məktəb müəllimləri üzrə həmin göstərici 75% təşkil edib. Bu 2 göstərici arasında böyük fərq var;
- müəllimlərin maaşının alıcılıq qabiliyyəti. Bu, maaş artımının inflyasiyanı nə dərəcədə üstələməsindən asılıdır. Yəni söhbət nominal yox, real əməkhaqqının hansı səviyyədə artmasından gedir. Bunu qiymətləndirməyin ən asan yollarından biri yaşayışın dəyərini əks etdirən göstəriciylə əməkhaqqı arasında fərqin müəyyən edilmədidir. Məsələn, 2016-cı ildə işləyən əhali üçün minimum yaşayışın rəsmi təsdiq olunan dəyəri 146 manat, 2024-cü ildə 287 manat təşkil edib. Göründüyü kimi, son 8 ildə yaşayış xərcləri 97% artığı halda, müəllimlərin nominal məvacibi 74% yüksəlib. Bu halda da inflyasiyanın yüksək tepmi hesabına yaşayış xərcləri daha sürətlə artıb, nominal artıma baxmayaraq real maaş azalıb. Məsələn, əgər 2016-cı ildə orta əməkhaqqı və ozamankı minimum yaşayış dəyəri arasındakı nisbət 264% təşkil edirdisə, 2024-cü ildə həmin göstərici 233%-ə enib. Bu o deməkdir ki, müəllimlərin orta maaş göstəricisinin alıcılıq qabiliyyəti 15%-ə yaxın azalıb.
Doğrudur, belə bir iddia səsləndirilə bilər ki, sertifikasiyada yüksək bal toplayaraq 10%-lik və 35%-lik əlavə pul alan müəllimlərin hesabına 2024-cü ilə orta məvacib göstəricisi yuxarıda qeyd olunan məbləğdən daha yüksək olub. Amma problem ondadır ki, rəsmi qurumlar yetərli səviyyədə hesabatlı deyillər və həmin əlavələr sayəsində orta təhsildəki orta məvaciblərin real məbləğini açıqlamırlar. Ona görə də hesablamalarımız qüvvədə olan əməkhaqqı cədvəlindəki məbləğlərə uyğun aparılıb.
Cənubi Qafqazın 3 ölkəsində orta məktəb müəllimlərin maaşlarının müqayisəsi
Azərbaycanda hətta 10 və 35%-lik əlavələri nəzərə alsaq, ən kobud hesablama ilə müəyyən edə bilərik ki, 18 saatlıq tam dərs yükü olan müəllimlərin orta maaşları 900 manat və ya 530 dollardır. Əlavələrsiz halında isə orta maaş hətta 400 dollardan da azdır.
Gürcüstan 2024-cü ildən yeni maaş sisteminin tətbiqinə başlayıb və müəlllimlərin maaşları 3 əsas elementdən formalaşır: baza əməkhaqqı məbləği, staja və təhsil səviyyəsinə əlavələr. Bundan başqa, aparıcı və mentor müəllimlər üçün funksional əlavələr nəzərdə tutulur.
Hazırda Gürcüstanda həftəlik 18 saatlıq dərs yükü üçün baza maaşı 660 dollar və ya 1120 manatdır. Əlavələrlə bu məbləğ 800 dollara (1360 manata) çatır.
Ermənistanda da son 1 ildə yeni maaş sistemi tətbiq olunmağa başlanıb. Bu sistemə görə, könüllü şəkildə attestasiyadan keçən müəllimlərin maaşları dərhal artırılır. Hazırda belələrinin orta aylıq maaşı 520 dollar və ya 200 min dram (900 manata yaxın) təşkil edir. Maaşlara əlavələrin məbləği attestasiyada toplanmış balların səviyyəsindən asılı olur. Məsələn, 90-100 bal (100 ballıq sistem üzrə) toplayanlar üçün 50%, 80-89 bal toplayanlar üçün 40%, 70-79 bal toplayanlar üçün 30% əlavələr edilir. 70%-dən az bal yığanlar üçün həvəsləndirici əlavələr nəzərdə tutulmur. Müəllimlərə təkrar attestasiya üçün şans tanınır. 2023-cü ildə qiymətləndirmədə iştirak edən müəllimlərin təxminən yarısı (6,3 min nəfərdən 3 min nəfəri) uğurlu nəticə əldə edib. Bundan başqa, Ermənistanda kənddə işləyən müəllimlərə maaşlarının 25%-i qədər əlavə ödənişlər edilir.
Beləliklə, hətta 35%-lik əlavə də daxil, Azərbaycanda məktəb müəllimlərinin orta aylıq maaşı (təxminən 600 dollar) Gürcüstanda və Ermənistanda olandan azdır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
İşığın, qazın, istilik təchizatının qiyməti artdı
Toplum TV bu haqda bir gün öncə yazmışdı
npr.org
Vergiler.az
Sevinc Vaqifqızından diplomatlara müraciət: “Əliyevə çağırış etməkdənsə hərəkətə keçin” (YENİLƏNİR)
Suriyada kim qalib gəldi?
Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar
“Jurnalistlərin evlərində axtarış aparılıb, şəxsi avadanlıqlar və əşyalar götürülüb” – Meydan TV bəyanat verdi (Yenilənir)
Azərbaycanla müqayisədə Türkiyədə dərmanlar 50 faiz ucuzdur. Niyə?