Siyasət

Ələsgər Məmmədli: “Bizi irəlidə bəlirsiz, daha çox problemlərin ortaya çıxacağı bir il gözləyir”

1 Yanvar, 2025
38

Açıq mənbədən götürülüb

“Xeyli sıxıntılı, problemləri bol bir ili - 2024-cü ili geridə qoyuruq. Bu sıxıntılar yalnız özümlə, yaxınlarımla, dostlarımla bağlı deyil. Təəssüf ki, çoxsaylı əqidədaşlarımın, gənc jurnalistlərin, ictimai-siyasi fəal insanların aqibətində yaşanır”.

Toplum TV-təsisçisi, hüquqşünas, media eksperti Ələsgər Məmmədlinin ictimaiyyətə ünvanladığı bayram təbrikində belə deyilir.

O, “məruz qoyulduğum hüquq terroruna görə ruhdan düşmək, ümidsiz olmaq, vaz keçmək xarakterimə ziddir” yazır .

“Tamamilə təqsirsiz olmağıma baxmayaraq 10 aydır qapalı həbsxana divarları arasında sadəcə girovluqdayam. Qapalı şərait olsa da, həbsxana ölkədəki real vəziyyətin tam çılpaqlığı ilə göründüyü, dərk olunduğu arzuolunmaz məkanlardan biridir. Məni yaxından tanıyanlar bilir ki, hansı şəraitdə olsam da, azadlıq və obyektivlik hissimi qətiyyən itirmərəm. Təmaslardan bilirəm ki, bu gün ölkəmizdə həbsdə olan insanların 90%-dən çoxu təqsirsizdir. Normal məhkəmə-hüquq sistemi olsaydı həbsxanalarda minlərlə təqsirsiz insanlar bu məşəqqətli taleyi yaşamazdı”.

Ə.Məmədli daha sonra yazır ki, milli məsələlərdə həmrəy olmaq nə qədər zəruridirsə, fərdi yanaşmalarda plüralist və tolerant olmaq da o qədər zəruridir.

“İnsan olmağın gərəyi düşünməni, bəzən də fərqli düşünməni tələb edir. Ümid edirəm yeni təqvim ilində özü kimi düşünməyənləri "düşmən", "casus","agent" kimi damğalamaqdan hər kəs çəkinər, fərdi düşüncələrə tolerant yanaşar, cəmiyyətdə fikir plüralizmini təhlükə kimi yox, inkişaf üçün zəruri amıl kimi qəbul edər və gerçək milli həmrəyliyin gərəyini yerinə yetirər.

Belə anlaşılır ki, bizi irəlidə bəlirsiz, daha da çox problemlərin ortaya çıxacağı bir il gözləyir. Bu, həm də yeni ümidlərlə dolu bir ildir. Yeni ildə hər birinizə ilk növbədə sağlıq, möhkəm iradə, mətin duruş diləyirəm.

Diləyim heç bir zaman ədalət duyğunuzu, azadlıq hissinizi itirməmək, azad iradənizin bəyanından çəkinməməkdir. Dünyada ən dəyərli hiss insanın azadlıq duyğusudur. Azad insan olmadan, azad cəmiyyət qurula bilməz. Hər birimiz öncə içimizdəki azadlığımızı durduran, boğan "zəncirlərdən" qurtulmalıyıq.

2025-ci ilin hər birimiz üçün yeni fürsətlər ili olmasını arzulayıram. Bizi gözləyən sıxıntılardan qurtulmanın bir yolu da gerçəkdən dayanışma içərisində bir-birimizə dəstək olmaq, anlamaqdan keçir. Hər birinizin dayanışma (həmrəylik) gününü və yeni ilini təbrik edirəm.

Bayramlarınız mübarək!”

Ələsgər Məmmədli bu ilin martında “Toplum TV işi” üzrə həbs edilən 7 nəfərdən biridir.

Onunla yanaşı III Respublika Platformasının spikeri Akif Qurbanov, qurucu heyət üzvü Ruslan İzzətli, Toplum TV-nin videoredaktoru Müşfiq Cabbar, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov, Ramil Babayev həbs ediliblər. İki nəfər Fərid İsmayılov və Elmir Abbasov polis nəzarətinə veriliblər.

Onlar qaçaqmalçılıqda ittiham olunurlar. Özləri ittihamı rədd edirlər, həbslərinin siyasi sifariş olduğunu bildirirlər.

Hüquq müdafiəçiləri ölkədə 300-dən çox siyasi məhbus olduğunu deyirlər.

Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbus olmadığını, heç kimin siyasi fəaliyyətinə görə həbs edilmədiyini, bütün hüquq və azadlıqların təmin olunduğunu bildirir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Tofiq Yaqublu: “Müstəntiqə çoxlu sualım var, məhkəməyə gəlsin, cavablandırsın”

29 Dekabr 2024

Əziz Kərimov

Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun məhkəməsi davam edir.  Dekabrın 29-da keçirilən məhkəmə iclasında hakim Elnur Nuriyev ikinci cildin tədqiqinin ötən məhkəmə iclasından yarımçıq qaldığını bildirib. Ancaq sonra müdafiəçilər tərəfindən verilmiş və indiyədək baxılmamış saxlanılan vəsatətlərin müzakirə olunmasını təklif edib. Ötən məhkəmə iclaslarından birində vəkillər vəsatət qaldırmışdı ki, zərərçəkmiş Elşən Hüseynovun, təqsirləndirilən Elnur Məmmədovun ötən il dekabrın 2-dən 11-dək olan müddətdə telefonlarına gələn və gedən zənglərin, həmçinin hər ikisinin telefonlarının anten əhatə məlumatları aidiyyəti qurumlardan götürülsün. Bundan başqa, müdafiə tərəfi əlavə şahid kimi dindirilmiş Kənan Baskal və Vidadi Mirkamala məxsus telefonların da ötən il...
Siyasət

Rusiya vətəndaşlarının Azərbaycanda olma müddəti 90 günə endirildi

29 Dekabr 2024

açıq mənbədən götürülüb

Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Rusiya vətəndaşlarının Azərbaycanda müvəqqəti olma müddəti 1 il ərzində 180 gündən 90 günə endirilib. Qərar gələn il yanvarın 1-dən qüvvəyə minəcək. Bugünlərdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirmişdi ki, qanunvericiliyə edilən dəyişikliklərə əsasən, gələn ildən xarici ölkə vətəndaşlarının Rusiya ərazisində müvəqqəti olma müddəti bir təqvim ili ərzində cəmi 90 gün olacaq. O həmçinin bildirib ki, qaydalara əsasən həmçinin xarici vətəndaşlar Rusiya dövlət sərhədini keçdiyi tarixdən 7 iş günü ərzində olduğu yer üzrə qeydiyyata düşməlidir.

Seçilmiş Videolar

Toplum TV loqo