Məhkəmə

Ələsgər Məmmədli hakimə: “Siz sifarişli qərarlar həyata keçirməklə məşğulsuz” 

31 Dekabr, 2024
38

"Toplum TV" işi ilə bağlı heç bir yeni əsas, dəlil ortaya qoyulmadan, konsititusiyaya əsaslanaraq (Azərbaycan Respublikasının qanunları Konsititusiyaya əsaslanaraq tətbiq olunmalıdır) heç bir maddə göstərilmədən Ələsgər Məmmədlinin və digər şəxslərin həbs müddəti daha 3 ay uzadıldı.

Bunu Toplum TV-nin təsisçisi Ələsgər Məmmədlinin həyat yoldaşı Günay Məmmədli Facebook səhifəsində yazır.

O qeyd edir ki, bu halda “təqsirləndirilən şəxsin” ( saxta qondarma ittihamlarla) Konstitusiyanın 28-ci maddəsinə əsasən azadlıq, 68-ci maddəsinə əsasən təqsirsizlik prezumpsiyası və 32-ci maddəsinə əsasən şəxsi toxunulmazlıq hüquqları pozulmuş sayılır.

G. Məmmədlinin qənaətincə, bu da o deməkdir ki, ölkədə hüquq sistemi qanunlar əsasında yox, sifariş əsasında fəaliyyət göstərir.

 “Ələsgər Məmmədli məhkəmə zamanı konstitusiyadakı bu maddələrə əsasən öz etirazını bildirib və hüquqlarının pozulması ilə bağlı hazırladığı çıxışı etməyə imkan verilməyib. Ancaq buna baxmayaraq qismən də olsa Məmmədli öz etiraz və iradlarını müstəntiqlərə və hakimə bildirib” – G.Məmmədli yazır və əlavə edir ki, məhkəmədə hakim Sülhanə Hacıyeva Ələsgər Məmmədliyə “Bizdən şikayətiniz varsa üst quruma bildirin” deyib.

Ələsgər Məmmədli isə ona belə cavab verib: “Siz üst qurumla bir-birinizə top ötürməklə və sifarişli qərarlar həyata keçirməklə məşğulsuz. Buna görə də şikayətin heç bir mənası yoxdur”.

Ələsgər Məmmədli bu ilin martında “Toplum TV işi” üzrə həbs edilən 7 nəfərdən biridir.

Onunla yanaşı III Respublika Platformasının spikeri Akif Qurbanov, qurucu heyət üzvü Ruslan İzzətli, Toplum TV-nin videoredaktoru Müşfiq Cabbar, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov, Ramil Babayev həbs ediliblər. İki nəfər Fərid İsmayılov və Elmir Abbasov polis nəzarətinə veriliblər.

Onlar qaçaqmalçılıqda ittiham olunurlar. Özləri ittihamı rədd edirlər, həbslərinin siyasi sifariş olduğunu bildirirlər.

Hüquq müdafiəçiləri ölkədə 300-dən çox siyasi məhbus olduğunu deyirlər.

Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbus olmadığını, heç kimin siyasi fəaliyyətinə görə həbs edilmədiyini, bütün hüquq və azadlıqların təmin olunduğunu bildirir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Akif Qurbanov: “Əliyev Əsədin taleyindən dərs çıxarmalıdır”

28 Dekabr 2024

Açıq mənbədən götürülüb

“Hakimiyyət yerli və xarici optimistlərin gözləntilərinin əksinə olaraq COP29-dan sonra da repressiyanı davam etdirməkdədir. Bununla, guya həm Qərbdən COP29-un acığını çıxır, həm də  ölkədə yaranmış insan haqları böhranına görə artan beynəlxalq təzyiqin qarşısından çəkilməyəcəyini göstərir”.  III Respublika Platformasının (ResPlatforma) spikeri Akif Qurbanov təcridxanadan yazır. O, daha sonra son həbslərə toxunaraq yazır ki, hakimiyyət Rüfət Səfərov, Meydan TV əməkdaşlarının və Azər Qasımlının həbsi ilə guya Qərbin qalan “dayaqlarını” sıradan çıxarır: ”Axı öz aləmlərində  bizləri Qərbin adamları, onun təsir agentləri elan ediblər. Hakimiyyət  indi də cəmiyyəti bu yolla aldadır.  Biz isə heç kimin adamı deyilik. Qərbin adamı olsaq, Azərbaycana bağlı olmasaq, ölkənin...
Məhkəmə

Təqsirləndirilən şəxs məhkəmədə Qubad İbadoğlunun əleyhinə ifadə verib

26 Dekabr 2024

Amnesty International

İstanbul Universitetinin doktorantı, Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımovun və eyni iş üzrə həbs olunan Anar Əliyevin işi üzrə məhkəmə istintaqı davam edir. Dekabrın 26-da  Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyilə keçirilən iclasda Qasımovun vəkili Fuad Ağayev müvəkkilinin dərhal azadlığa buraxılması üçün vəsatət təqdim edib. Hakim vəsatəti təmin etməyib.  Sonra Fazil Qasımov səhhətindəki problemlərə görə Bakıdakı özəl tibb müəssisələrindən birində almaniyalı həkimlər tərəfindən müayinə edilməsilə bağlı vəsatət qaldırıb. Bu vəsatət də təmin olunmayıb.  Hakim təqsirləndirilən şəxs Anar Əliyevə sərbəst ifadə verməyi təklif edib. Əliyev bildirib ki, ona verilən saxta valyuta ittihamıyla razılaşmır, amma odlu silahla bağlı  ittihamı qəbul...

Seçilmiş Videolar

Toplum TV loqo