İqtisadiyyat

Mərkəzi Bankdan şifrəli qiymət artımı mesajı

1 Yanvar, 2025
110

Vergiler.az

Azərbaycan Mərkəzi Bankı 2025-ci il üçün pul-kredit siyasətinin istiqamətlərinə dair bəyanatını açıqlayıb. Bu sənəd hər ilin son günlərində yayılır və növbəti il üçün ölkənin mərkəzi bankının malroiqtisadi proseslərlə bağlı gözləntilərini əks etdirir. 
Bəyanatda diqqəti cəlb edən əsas məqam inflyasiya gözləntiləri ilə bağlıdır. Məlum olduğu kimi, qüvvədə olan qanunvericiliyə görə, Mərkəzi Bankın əsas mandatı iqtisadiyyatda qiymət sabitliyini təmin etməkdir. Açıqlanan sənəddə qeyd edilir ki, 2025-ci ildə qiymәtlərin sabitliyi ilә bağlı bir sıra xarici vә daxili risklәr aktuallığını saxlayır.
Əsas xarici faktorlar kimi dünya bazarında әmtәә qiymәtlәrinin dəyişkənliyi və beynəlxalq ticarətdəki əsas tәrәfdaş ölkәlәrdә inflyasiya proseslәri çıxış edəcək. Bəyanatda ən vacib məqam gələn il qiymətlərin artımına təsir edəcək daxili amillərlə bağlı qeydlərdir. Aydın olur ki, bu amillər sırasında qiymәtlәri dövlәt tәrәfindәn tәnzimlәnәn mәhsul vә xidmәt tariflәrinin dәyişilməsi də var. Halbuki Mərkəzi Bankın son illər yaydığı oxşar sənədlərin heç də hamısında bu qeydə rast gəlmək olmur. Bu onu göstərir ki, hökumətin 2025-ci ildə hansısa tənzimlənən məhsul və xidmətləri bahalaşdırmaqla bağlı planları var və Bank bunu nəzərə almağa məcburdur.
Şübhəsiz ki, geniş əhali kütləsini maraqlandıran əsasən kommunal tariflər (elektrik enerjisi, qaz və su), eləcə də yanacağın qiymətidir. 
Kommunal tariflərin hamısı sonuncu dəfə 2021-ci ildə artırılıb və gələn il həmin qərarların verilməsindən 4 il keçəcək. Yanacağın qiyməti isə 2024-cü ilin yayında bahalaşdırılıb. 
Bu məsələ ən maraqlı məqam budur ki, 2025-ci ilin yeni qəbu edilən dövlət büdcəsində aksiz vergisi üzrə dövlət büdcəsinə 288 milyon manat və ya 19 faizə yaxın əlavə daxilolma proqnozlaşdırılıb. Ən vacibi odur ki, bu artım bilavasitə ölkə daxilində istehsal olunan neft məshullarına aid aksiz vergisi hesabına təmin ediləcək. Əgər 2024-cü ildə bu məshsullar üzrə 698 milyon manat yığım nəzərdə tutulmuşdusa, gələn il üçün daxilolma proqnozu 277,7 milyon artırılaraq 975,7 milyon manata çatıdırlacaq. Aydındır ki, ölkədəki avtomobillərin sayında qısa müddətdə ciddi yüksəkiş olması mümkün deyil və  vergi yığımını istehlakın genişlənməsi hesabına çoxaltmaq tamamilə istisna olnur. Üstəgəl hibrid və elektriklə işləyən avtomobillərin istifadəsi sürətlə çoxalır və bu amil də neft məhsulları istehlakının artımına imkan vermir və qiymətlərin bahalaşa biləcəyini istisna etmir.
Mərkəzi Bankının şifrəli mesajının hansı məhsul və xidmətlərin bahalaşacağı ilə bağlı olacağını isə hər kəs yaşayaraq görəcək.

"Toplum TV"


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

İqtisadiyyat

Qazın və elektrik enerjisinin bahalanması sosial vəziyyətə necə təsir edəcək?

3 Yanvar 2025
Tarif Şurası əhalinin istehlak etdiyi qaz və elektrik enerjisi üçün tarifləri artırıb. Hər kəsi düşündürən əsas məsələ bu artımların əhalinin, xüsusən aztəminatlı qrupların rifahına nə dərəcədə neqativ təsir göstərəcəyidir. Qaz tariflərində artım İstehlak səviyyəsinə uyğun olaraq təbii qaz üzrə tariflərin artımı aşağıdakı kimidir: İllik 1200 kubmetrə qədər istehlak həcmi üçün 1 kub metr təbii qazın qiyməti 12,5 qəpik (köhnə tarif 12 qəpik ) – artım 4,2%; 1201-2500 kubmetr intervalında istehlak həcmi üçün 1 kub metr təbii qazın qiyməti 22 qəpik (köhnə tarif 20 qəpik ) – artım 10%; 2500 kubmetrdən yüksək istehlak həcmi üçün 1 kub metr təbii qazın qiyməti...
İqtisadiyyat

İşığın, qazın, istilik təchizatının qiyməti artdı 

Toplum TV bu haqda bir gün öncə yazmışdı 

2 Yanvar 2025

npr.org

Yanvarın 2-dən Azərbaycanda təbii qazın və elektrik enerjisinin qiyməti artırılıb. Bu haqda Tarif Şurası bəzi dövlət qurumlarının müraciəti əsasında qərar verdiyini bildirib. Təbii qaz istehlakına görə kim nə qədər ödəyəcək? Əhali üzrə illik qaz istehlakının həcmi: 1200 kub metr olan hissə üçün 1 kub metr təbii qazın tarifi 0,5 qəpik (yarım qəpik, 4,2%) artırılaraq 12 qəpikdən 12,5 qəpik həddində; 1200 kub metrdən 2500 kub metrədək olan hissə üçün 2 qəpik (10%) artırılaraq 20 qəpikdən 22 qəpik; 2500 kub metrdən çox olan hissə üçün 5 qəpik (20%) artırılaraq 25 qəpikdən 30 qəpik məbləğində təsdiqlənib. Tarif Şurasının qərarı ilə istilik təchizatı üçün...

Seçilmiş Videolar

Toplum TV loqo