Dünya

Gürcüstan müxalifətçiləri Trampın andiçmə mərasiminə dəvət olunublar

17 Yanvar, 2025
31

sosial media

Tbilisidə Avropa yönlü etirazlar davam edir. Dünən İctimai Televiziyanın qarşısına toplaşan minlərlə insan iki tələb irəli sürüblər. var: “Batumelebi” və “Netgazeti” nəşrlərinin direktoru Mzia Amaqlobelinin azadlığa buraxılması və “kanalın işinə obyektivliyi qaytarmaq üçün” İTV-nin direktoru Vasil Maqlaperidzenin işdən çıxarılması.

Mzia Amaglobeli yanvarın 13-də Batumidə keçirilən etiraz aksiyası zamanı saxlanılıb. O, Batumi polis rəisi İrakli Dqebuadzeyə hücum etməkdə ittiham olunur, onu 4 ildən 7 ilə qədər həbs cəzası gözləyir.

İndiyə qədər etirazçılara qarşı 50-dən çox cinayət işi açılıb, onların hamısına qarşı bir neçə illik həbs cəzası  nəzərdə tutan ittihamlar irəli sürülüb.

Amerikalı konqresmenlər müxalifətin “Güclü Gürcüstan” koalisiyasının liderlərini Donald Trampın andiçmə mərasiminə dəvət ediblər. Bunu birliyin liderlərindən biri, “Lelo” partiyasının yaradıcısı Mamuka Xazaradze “Pirveli” telekanalının efirində deyib.

Siyasətçinin sözlərinə görə, tədbirdə onunla birlikdə “Lelo” liderləri Badri Caparidze və Qriqol Gegelia, həmçinin gürcüstanlı iş adamı, Gürcüstanın San Dieqodakı keçmiş fəxri konsulu Melor Tsupuria da iştirak edəcək.

Gürcüstanın 5-ci prezidenti Salome Zurabişvili isə artıq Vaşinqtondadır.

Mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində yüksək səviyyəli ikitərəfli görüşlər də nəzərdə tutulub.

Yanvarın 20-də keçiriləcək inauqurasiya mərasiminə Zurabişvilini ABŞ Helsinki Komissiyasının sədri, respublikaçı konqresmen Co Vilson dəvət

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

İsrail və HƏMAS atəşkəs razılaşmasını rəsmən imzaladılar 

17 Yanvar 2025

sosial media

İsrail hökumətində istefalar gözlənilir İsrail və HƏMAS Qəzzada atəşkəs və girovların azad edilməsi haqqında sazişi imzalayıblar. Rəsmi mərasim Qətərin paytaxtı Dohada baş tutub (https://www.axios.com/2025/01/17/gaza-israel-ceasefire-hostage-deal-signed).   Amma şənbə İsraildə şabbat (istirahət) günü olduğu üçün İsrail hökumətində sazişlə bağlı səsvermə sabah axşam saatlarında keçiriləcək.  Bu o deməkdir ki, atəşkəsin başlaması və ilk üç girovun azad edilməsi ən azı bazar ertəsinə qədər təxirə düşəcək. İsrailin Nazirlər Kabineti razılaşma sənədinə dünən səhər səs verməli idi, amma Doha danışıqlarında son dəqiqələrdə yaranmış fikir ayrılığı sazişin rəsmi imzalanmasını bir gün gecikdirib. İsrail və ABŞ rəsmiləri bildiriblər ki, HƏMAS siyahıdakı bəzi adların çıxarılmasını və onların yerinə terror aksiyalarının...
Dünya

Navalnının vəkillərinə hökm oxundu

17 Yanvar 2025

reuters

Mərhum siyasətçi Aleksey Navalnının üç vəkili - Vadim Kobzev, Aleksey Liptser və İqor Serqunin ekstremist qruplaşmada iştiraka görə 3,5 ildən 5,5 ilədək müddətə azadlıqdan məhrum ediliblər. Bundan başqa, onlar cəzalarını çəkəndən sonra üç il ərzində vəkillik fəaliyyəti məşğul ola bilməzlər (https://www.bbc.com/russian/articles/cdr0k30j8vlo?ocid=wsrussian.social.in-app-messaging.telegram..russiantelegram_.edit). Hökm Vladimir vilayətinin Petuşinski rayon məhkəməsi tərəfindən çıxarılıb. Məhkəmə qapalı keçirilib. Vəkillər ekstremist icma yaratmaqda ittiham olunan Navalnıya “bu icmanın rəhbəri və direktoru funksiyalarını yerinə yetirmək üçün öz statuslarından istifadə etmək”də ittiham olunublar. İttiham tərəfinin iddiasına görə, vəkillər mütəmadi olaraq məhbusdan tərəfdaşlarına mesajlar ötürüblər. “Mediazona”nın  yazdığına görə, üç vəkildən yalnız İqor Serqunin günahını etiraf edib. Prokuror onun üçün ümumi...

Seçilmiş Videolar

Toplum TV loqo