Ölkə

İmişlidə DYP-nin iştirakı ilə baş verən yol qəzası etirazlara səbəb olub

18 Yanvar, 2025
260

açıq mənbədən götürülüb

Yanvarın 18-də İmişli rayonunda yol polisinin törətdiyi qəza nəticəsində iki məktəbli ölüb, ikisi yaralanıb. 
Daxili İşlər Nazirliyinin məlumatında deyilir ki, yol polisi maşınının qarşısına digər bir nəqliyyat vasitəsi çıxıb. Nəticədə xidməti avtomobil yol kənarında olan uşaqları vurub.
Baş Prokurorluq qəza ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) maddəsi üzrə cinayət işi açıldığını bildirir.
Baş verənlərlə bağlı İmişlidə bir qrup insan etiraz edib, polisin avtomobili çevrilərək yararsız hala salınıb. 
Daha sonra etirazçılar rayon polis idarəsinə qədər yürüş ediblər, “İstefa” şüarı səsləndiriblər. 
İmişidəki etirazlarla bağlı DİN-in yaydığı açıqlamada bir qrup şəxsin xidməti avtomobilə zərər vurduğu və həmin şəxslərin saxlanıldığı deyilir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycandan gedir

18 İyun 2025

Foto: ICRC

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandırmağa hazırlaşır.  Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iyunun 17-də yaydığı məlumatında bildirilib. “Nümayəndəliyin ölkəmizdə fəaliyyətini yaxın vaxtlarda dayandırması ilə bağlı itkin düşmüş vətəndaşların ailələrinin diqqətinə çatdırırıq ki, itkin düşmüş vətəndaşlarımızın taleyinin müəyyən edilməsi üçün Dövlət Komissiyası və aidiyyatı dövlət qurumları tərəfindən təxirəsalınmaz zəruri tədbirlər görülür, o cümlədən işğaldan azad edilmiş ərazilərdə axtarış, qazıntı və ekshumasiya işləri, aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi və şəxsiyyəti müəyyən edilmiş itkin-şəhidlərin nəşlərinin ailələrinə təhvil verilməsi işi bundan sonra da intensiv aparılacaq”, - məlumatda qeyd olunub.  BQXK-nın Azərbaycandakı nümayəndəliyindən xəbərə münasibət bildirilməyib. ...
Ölkə

Dam örtüyü uçmuşdu, indi də beton çökdü – məhbus ölümündən sonra ikinci qəza

16 İyun 2025

Foto: Açıq mənbə

12 saylı Cəzaçəkmə Müəssisəsinin binasında son 15 gündə ikinci dəfə qəza baş verdiyi, Penitensiar Xidmət rəhbərliyinin isə məsələyə etinasız yanaşdığı və məhbusları “ölüm təhlükəsi ilə baş-başa buraxdığı” bildirilir.  Bu barədə Müsəlman Birliyi Hərəkatı (MBH) bəyanat yayıb.  Bəyanatda bildirilir ki, iyunun 13-ə təxminən gecə saat 03.00 radələrində 12 saylı Cəzaçəkmə Müəssisəsinin daha öncə dam örtüyü uçmuş binasının başqa bir hissəsində çökmə baş verib. “Böyük beton parçanın çöküntüsü digər binada da titrəyişə səbəb olub. Ətrafda qorxu və həyəcan yaşanıb. Bir neçə gün öncə ölüm faktını yaşayan məhbusların binadan çıxmağa cəhd göstərmələri və bağlı qapılar arxasında binada qalma təhlükələri bir neçə məhbusun sıxlıq...

Seçilmiş Videolar

Toplum TV loqo