Dünya

İsrail qoşunları Suriya ilə sərhəddəki bufer zonaya daxil olublar

9 Dekabr, 2024
99

açıq mənbədən götürülüb

İsrail hərbçiləri dekabrın 8-də - Suriya prezidenti Bəşər Əsədin devrilməsilə bağlı xəbərlər fonunda İsrail və Suriyanın Holan təpələrində yerləşən mövqeləri arasındakı bufer zonaya daxil olublar; eyni zamanda, ordakı “strateji mövqeləri” də nəzarətə götürüblər (Radio Svoboda). 

İsrailin Baş naziri Benyamin Netanyahu bunu həmin ərazidən yayımladığı videomüraciətdə deyib. Bildirilir ki, həmin zaman Netanyahu son vaxtlara qədər Dəməşqin nəzarətində olan ərazinin Holan təpələrilə həmsərhəd hissəsində olub.

O qeyd edib ki, Əsədin devrilməsi İsrail üçün həm yeni imkanlar açır, həm də müəyyən risklər yaradır. Netanyahunun sözlərinə görə, Suriya ordusu ərazidəki  mövqelərini tərk etdiyi üçün həmin ərazi bufer zona statusunu itirib və İsrail öz sərhədlərini qorumaq üçün ora qoşun yeridib. 

KİV-lər İsrail hərbçilərinin Hermon dağının Suriya yamacını nəzarətə götürdüyünü yazırlar. 

“Biz düşmən qüvvələrin sərhədlərimizdə möhkəmlənməsinə imkan verməyəcəyik” - Netanyahu belə deyib.

İsrail 1967-ci il müharibəsi zamanı işğal etdiyi Holan təpələrini öz ərazisi hesab edir. Dünyanın əksər ölkələri oranı Suriya ərazisi kimi tanıyır. İndi isə İsrail rəsmi olaraq özününkü elan etmədiyi əraziyə daxil olub.

Netanyahu videomüraciətində həmçinin deyib ki, Əsədin devrilməsi “rejimin əsas himayədarları olan İrana və “Hizbullah”a İsrailin hücumlarının nəticəsidir”. 

İran və Livanın ona yaxın olan radikal “Hizbullah” qruplaşması Suriyadakı vətəndaş müharibəsi illərində Əsədi fəal şəkildə dəstəkləsələr də, son qarşıdurmada ona kömək etmək üçün heç bir addım atmadılar. 

Şərhçilər qeyd edirlər ki, İsrailin hücumları “Hizbullah”ı xeyli zəiflədib. 

Paytaxt Dəməşqə və ölkə ərazisinin əhəmiyyətli bir hissəsinə nəzarəti ələ keçirən Suriya müxalifətinin aparıcı qüvvəsi İsraillə qarşıdurmanı davam etdirmək niyyətində olduqlarını bəyan edən qruplardır. Onların ən böyüyü ABŞ-ın terrorçu təşkilat kimi tanındığı “Heyət Təhrir əl-Şam” qruplaşmasıdır. 

Ağır hərbi texnikanın radikalların əlinə keçməsinin qarşısını almaq üçün son 24 saat ərzində İsrail Suriya ordusunun obyektlərinə hava zərbələri endirib. 

“Reuters” agentliyinə danışan mənbələrin məlumatına görə, İsrail Suriya hərbi kəşfiyyatının və gömrük idarəsinin Dəməşqdəki qərargahına, o cümlədən tədqiqat mərkəzinə də zərbələr endirib. İddialara görə, həmin mərkəzdə raket layihələri üzərində işləyən iranlı mütəxəssislər də çalışır.

 

 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Varlamova 8 il qiyabi həbs cəzası verilib 

14 Avqust 2025

Foto: Sergei Kiselev/ Moskva News Agency

Moskvanın Meşçanski Məhkəməsi bloger İlya Varlamovu “Rusiya ordusu haqqında yalan məlumatlar yaymaqda və xarici agent kimi fəaliyyətdə” ittiham edib. Məhkəmə onu qiyabi olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində səkkiz il azadlıqdan məhrum etmə cəzasına məhkum edib. Əlavə olaraq, məhkəmə ona 99,5 milyon rubl cərimə cəzası kəsib.  Cinayət işi Varlamovun 23 noyabr 2023-cü il tarixli, Rusiya qoşunlarının Krivoy Roq və Odessa şəhərlərini atəşə tutmasından bəhs edən “YouTube” videosu ilə əlaqədar açılıb.  Onun həm də “xarici agentlər” haqda qanunvericiliyi 19 dəfə pozduğu iddia edilib.  “Mən nə etmişəm ki? Deyirlər ki, ordu haqqında yalan xəbərlər yaymışam. Deyirlər ki, Müdafiə Nazirliyinin mətbuat relizlərini kifayət qədər...
Dünya

Rusiya “Telegram” və “WhatsApp”da zəngləri bloklayır

14 Avqust 2025

Foto: açıq mənbə

Rusiya “Telegram” və “WhatsApp” messencerlərində zəngləri bloklamağa başlayıb.  Bu barədə məlumatı Rusiyada kommunikasiyalara nəzarət edən dövlət qurumu “Roskomnadzor” təsdiqləyib.  Qurum bildirib ki, bunu “dələduzlara qarşı mübarizə aparmaq” məqsədilə edirlər. “Cinayətkarlarla mübarizə aparmaq məqsədilə, hüquq-mühafizə orqanlarının materiallarına əsasən, bu xarici messencerlərdə zənglərin qismən məhdudlaşdırılması tədbirləri görülür. Onların funksionallığının digər hissələrinə heç bir məhdudiyyət tətbiq olunmur,” – açıqlamada deyilir. Qurum əlavə olaraq iddia edib ki, sözügedən messencerlər “aldatma və pul qoparma, həmçinin Rusiya vətəndaşlarını diversiya və terror fəaliyyətlərinə cəlb etmək üçün istifadə olunan əsas səsli rabitə xidmətlərinə” çevrilib. Rusiya Rəqəmsal İnkişaf Nazirliyi isə bildirib ki, messencerlər Rusiya qanunvericiliyinin tələblərinə əməl edəcəkləri halda...

Seçilmiş Videolar

Toplum TV loqo