Dünya

“Ermənistanın mövcudluğu kənardan kömək və müdaxilə olmadan yaşaya bilməyimizdən asılıdır” – Paşinyan

4 Fevral, 2025
128

sosial media

“Ermənistanın davamlı mövcudluğu o zaman mümkün olacaq ki, kənardan kömək və müdaxilə olmadan qonşuları arasında yaşaya bilsin”.

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-dakı erməni icmasının nümayəndələrilə görüşü zamanı belə deyib

Onun sözlərinə görə, hakimiyyət uzun müddətdir ki, Ermənistanın uzunömürlülüyünü təmin etməyi qarşısına məqsəd qoyub. 

“Fikrimcə, regionumuzda və qonşularımız arasında kənardan yardım olmadan yaşaya biləcəyimiz bir vəziyyət yarada bilsək, bunu təmin edə biləcəyik. Bu o demək deyil ki, müxtəlif geosiyasi mərkəzlərlə müxtəlif ittifaqlar, tərəfdaşlıqlar olmasın. Məsələ bunda deyil. Əsas odur ki, biz öz bölgəmizdə kənardan kömək və müdaxilə olmadan yaşaya bilməyi qarşımıza məqsəd qoymalıyıq. Ona görə də anlayırıq ki, problemlərimizi həll etmək üçün özümüzü birinci faktor kimi dərk etməliyik. Bölgəmizdə problem yarananda bizim reaksiyamız, adətən, ora üz tutmaq, bura üz tutmaq, hansısa qeyri-regional faktora müraciət etmək olur. Niyə belə etdiyimiz aydındır, amma buna baxmayaraq, məncə, öz baxışımızı dəyişib deməliyik ki, əgər bizim regionda problemimiz varsa, ilk növbədə özümüzü bu problemin həllinin subyekti kimi qəbul etməliyik. Bizim ilk reaksiyamız belə olmamalıdır: bu problemin həlli üçün müraciət edə biləcəyimiz qüvvə varmı” deyə, Paşinyan bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Trampın müttəfiqi olan sağçı fəal qətlə yetirilib 

11 Sentyabr 2025

Foto: Tess Crowley

ABŞ-də prezident Donald Trampın ən yaxın dəstəkçilərindən olan nüfuzlu sağçı fəal Çarli Kirk qətlə yetirilib.  Ölkəboyu universitet kampuslarında ictimai debatlar etməsi ilə tanınan 32 yaşlı Kirk sentyabrın 10-da Yuta Universitetində analoji tədbirdə öldürülüb.  Sosial mediada yayılan videoda fəalın boynundan güllə ilə vurulduğu görünür.  Yerli polis əvvəlcə bir nəfəri şübhəli qismində saxlasa da, sonradan o,  azadlığa buraxılıb. An etibarilə qatilin axtarışları davam edir. Federal Təhqiqatlar Bürosu da (FBI) axtarışlara qoşulub.  Kirkin ölüm xəbərini prezident Donald Tramp "Truth Social" səhifəsindən anons edib.  O, daha sonra Oval Ofisdən etdiyi 4 dəqiqəlik videomüraciəti paylaşıb. Tramp çıxışında Kirkin ölümünü “Amerika üçün qaranlıq gün” adlandırıb və...
Dünya

İsrail Qətərdə HƏMAS rəhbərliyini hədəfə alıb 

9 Sentyabr 2025

Foto: Reuters

İsrail ordusu Qətərin paytaxtı Dohada mənzillənən HƏMAS rəhbərliyini hədəfə alan hücumlar təşkil edib.  Bu barədə sentyabrın 9-da İsrail Müdafiə Qüvvələri (IDF) bəyanat yayıb.  Dohada bir neçə dəfə partlayış səsləri eşidilib və tüstü müşahidə olunub.  HƏMAS mənbəsinin “Al Jazeera"-yə bildirdiyinə görə, hücum HƏMAS-ın İsraillə danışıqlar aparan qrupunu hədəf alıb. O həm də qeyd edib ki, hücum HƏMAS nümayəndələrinin ABŞ-nin irəli sürdüyü  Qəzzada son atəşkəs təklifini müzakirə etmək üçün toplandıqları vaxt baş verib. HƏMAS daha sonra danışıqlar qrupu başçısının oğlu da daxil olmaqla 5 üzvünün hücumda həlak olduğunu bəyan edib. Danışıqlar aparan şəxslərin öldürülməsini isə inkar edib.  Qətər Xarici İşlər Nazirliyinin sözçüsü...

Seçilmiş Videolar

Toplum TV loqo