Foto: parliament.am
Ermənistan parlamentinin sədri Alen Simonyan ölkəsi ilə Azərbaycan arasında sülhün yaranma perspektivlərindən danışıb.
Jurnalistlərə danışan parlament sədri iki ölkə xalqları arasında münasibətlərin düzələcəyinə ümid etdiyini, lakin bunun üçün vaxt lazım olduğunu deyib.
"Əksər ermənilərin Azərbaycan sərhədçisinin üzünü görmək istəməməsi yaxşı hal deyil, çünki biz qonşuyuq və zaman keçdikcə bu məsələ də aktual olacaq. Həmin o ermənilər və azərbaycanlılar Moskvada birgə biznes qurur, dostluq edir və bir-birinin ad gününə gedirlər, başqa ölkələrdə də eynilə belədir", - o qeyd edib.
“Bəli, gərginlik var, həm bizdə, həm də onlarda yaralar təzədir. Biz adam öldürməmişikmi, azərbaycanlı tərəfdən ölən olmayıbmı?”, - Simonyan bildirib.
O əlavə edib ki, bu mövzuda həssaslığın hər iki tərəfdə mövcud olduğuna inanır, amma hazırda prioritet məsələ ölkələrarası kommunikasiyaların mümkün qədər tez açılmasıdır.
Simonyan kommunikasiyalar bərpa olunduqdan sonra "emosional məsələlərin" də çox qısa müddətdə həll olunacağına əminliyini ifadə edib.
“Ermənilər və azərbaycanlılar bir-biri ilə ticarət edəcəklər, erməni–azərbaycanlı bazarı formalaşacaq. Bizim mağazalarda Azərbaycan malları, Bakının və digər şəhərlərin mağazalarında isə erməni malları olacaq. Bu, qaçılmazdır. İstədiyiniz qədər sağlığa qaldırın, kim nə desə də, uçub göyə qalxın, yenə yerə enəcəksiniz”, – deyə parlament sədri vurğulayıb.
O, ticarətin faydalarına nümunə üçün əlavə edib ki, ermənilər benzini daha ucuz alacaqlar.
“Azərbaycanın yaraları var. Azərbaycan hesab edir ki, Ermənistan onların ölkəsinin 20 faizini 30 il işğal altında saxlayıb. Düz və ya səhvdir demirəm, amma hətta bəzən soyqırım xarakterli bəyanatlar da səsləndirir. Azərbaycan üçün gələcəkdə hər hansı təhlükənin qarşısını almaq çox vacibdir”, – Simonyan bildirib.
Avqustun 8-də Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin mətni paraflanıb.
Sənəd iki ölkə arasında dövlətlərarası münasibətlərin qurulması və sülhün təmin olunmasını özündə əks etdirir.
ABŞ prezidenti Donald Tramp Azərbaycanın əsas hissəsini Naxçıvan eksklavı ilə birləşdirəcək "Tramp marşrutu"nun 99 illiyə ABŞ-yə verilməsini nəzərdə tutan sənədin, eləcə də Vaşinqtonun hər iki ölkə ilə ikitərəfli sənədlər imzaladığını bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Habertürk
Foto: primeminister.am
Bəhruz Səmədov: “Sülh müqaviləsi bağlanır, niyə məni azad azadlığa buraxmırlar?”
“Sərhədsiz Reportyorlar” həbsdə olan jurnalistlər üçün “sərinkeş kampaniyası”na başlayıb
Hafiz Babalı: Mediamız natəmiz məlumatlarla çirkləndirilir
İlham Əliyev Vaşinqton görüşündən sonra siyasi yumşalmaya gedəcəkmi?
Azər Qasımlının məhkəməsində proses 3 dəqiqə çəkib