Manşet

Əsgər ölümünə görə həbsdə olan komandir və tibbi xidmət rəisi azadlığa buraxılıb

11 Sentyabr, 2025
41

Foto: açıq mənbə

Ötən il itkin düşən əsgər Ceyhun Hüseynovun ölümü ilə bağlı həbs edilmiş komandir və tibbi xidmət rəisi azadlığa buraxılıb.

“Qafqazinfo”nun xəbərinə görə, Naxçıvan Ali Məhkəməsi bu barədə qərar çıxarıb. 

Qərara əsasən, polkovnik Samir Həziyev və tibb xidməti rəisi Aydın Quliyevin cəzalarının qalan hissəsi şərti hesab olunub. 

Hadisə ötən ilin iyunun 9-da baş verib. Əsgər Ceyhun Hüseynov xidmət etdiyi hərbi hissədən naməlum şəraitdə itkin düşüb, iki gün sonra isə odlu silahla vurulmuş nəşi tapılıb.

Məhkəmə istintaqı ekspert rəylərinə istinadla əsgərin intihar etdiyini bildirib. 

Hüseynovun komandiri və hərbi hissənin tibb xidməti rəisi hadisə ilə bağlı vaxtında zəruri tədbirlər görməməkdə təqsirləndirilərək, Naxçıvan Hərbi Məhkəməsinin hökmü ilə müvafiq olaraq 4 və 3 il azadlıqdan məhrum edilmişdilər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Manşet

Məhkəmə yeniyetməni zorlayan hərbçiyə "homoseksuallıqdan əziyyət çəkdiyinə görə" yüngül cəza verib

10 Sentyabr 2025

Foto: açıq mənbə

Naxçıvan sakini Novruz Musayev sosial mediada video yayımlayaraq 15 yaşlı oğlunun üç hərbçi tərəfindən zorlandığını bildirib.  Musayev videomüraciətində iddia edib ki, onlardan biri Kəngərli Rayon Hərbi Prokurorluğuna rüşvət verərək azadlığa çıxıb, digərləri isə müvafiq olaraq bir il və doqquz ay müddətinə həbs cəzasına məhkum olunublar. Ata videoda prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyevaya müraciət edərək hərbçilərin ədalətli şəkildə cəzalandırılmasını istəyib.  Musayev bildirib ki, oğlu məhkəmədə onu zorlayan hərbçilərin adlarını çəkib, lakin hərbi prokuror onun ifadəsini rədd edib. “Oğlumu məktəbdən, hazırlıq kurslarından qovdular. Mənim oğlumun taleyi necə olacaq? Həyatımız qaranlığa qərq olub”, – deyə Musayev videoda qeyd edib.  Ata “OC...
Manşet

Nərgiz Absalamova “Azad Media” mükafatına layiq görülüb 

9 Sentyabr 2025

Foto: VOA

“Abzas Media”nın həbsdə olan jurnalisti Nərgiz Absalamova Norveç və Almaniya təşkilatlarının həmtəsis etdiyi mükafata layiq görülüb.  Sentyabrın 9-da dərc edilən press-relizdə Norveçin “Fritt Ord” və Almaniyanın “ZEIT Stiftung Bucerius” fondları Absalamova da daxil olmaqla müxtəlif ölkələrdən olan bir qrup jurnalisti “Azad Media” mükafatına layiq görüb.  Press-relizdə qeyd olunur ki, Absalamova “Abzas Media”dakı “cəsarətli reportajları və qısa sənədli filmlərinə görə” mükafatlandırılıb.  “O, xüsusilə, iqlim məsələləri, korrupsiya və sosial hüquqlar barədə xəbərlər hazırlamağa özünü həsr edib. Absalamova həssas yerli icmalardan olan insanların, həmçinin ayrı-seçkiliyin qurbanı olan qadınların və gənclərin səsinə səs verib. Onun videoreportajları sosial mediada milyonlarla baxış toplayıb və vətəndaş cəmiyyətinə...

Seçilmiş Videolar

Toplum TV loqo