Toplum TV
Bu gün Gürcüstanın 11-ci çağırış parlamentinin ilk iclas keçirilir. Bakı vaxtı ilə 12:00-da başlayan iclas zamanı parlamentin spikeri, vitse-spikerİ, eləcə də komitə rəhbərləri seçiləcək.
Toplum TV xəbər verir ki, ölkədə parlament seçkilərinin nəticələrinə etiraz edən müxalifət nümayəndələri və onların tərəfdarları paytaxt Tbilisinin Rustaveli prospektində toplaşıb.
Həmin prospektdə çadır quran etirazçılar gecəni burada keçiriblər.
Polis parlament binasının xidməti girişlərinə aparan küçələri bağlayıb.
Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçirilib. Rəsmi məlumata görə, seçkini 54 faiz səslə hakim "Gürcü arzusu" udub. 5 faizlik baryeri dörd müxalifət partiyası aşıb. Onlar seçkinin nəticələrini tanımaqdan, parlamentdə iştirakdan imtina ediblər.
ATƏT, Avropa Şurası, Avropa Parlamenti və NATO-nun birgə bəyanatında deyilir ki, bərabər olmayan rəqabət ortamı, basqı və gərginlik seçkilərə kölgə salıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
bizim.media
“Tərtər işi”ndə general Hikmət Həsənovun köməkçsinə və başqalarına hökm oxundu
Beynəlxalq iqlim konfransı keçirən Azərbaycanın bərbad iqlim statistikası
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri
BRİCS sammiti: Azərbaycan və Türkiyənin üzvlüyü niyə baş tutmadı?
Ukraynaya nüvə hücumu sınaqdan keçirildi: Putini dayandıran olacaqmı?