Ukrayna Kursk vilayətində ələ keçirdiyi ərazinin 40%-ni itirib - USQ Baş Qərargahının əməkdaşı
açıq mənbədən götürülüb
Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində ələ keçirdiyi ərazilərin 40%-dən çoxunu itirib. "Reuters" bunu Ukrayna ordusunun Baş Qərargahındakı mənbəyə istinadən yazıb. “Biz 1376 kvadrat kilometr əraziyə nəzarət edirdik, indi ərazi daha kiçikdir. Rəqib əks-hücumlarını artırır. Hazırda biz təxminən 800 kvadrat kilometr əraziyə nəzarət edirik” - mənbə agentliyə belə deyib. Onun sözlərinə görə, Ukrayna hərbi baxımdan məqsədəuyğun olduğu müddətcə bu ərazini əlində saxlamaq niyyətindədir. Mənbə Kursk vilayətində 11 minə yaxın Şimali Koreya hərbçisi olduğunu təsdiqləyib, amma əksəriyyətinin təlimləri hələ başa vurmadığını deyin. "Reuters" bu iddiaları müstəqil şəkildə yoxlamaq imkanının olmadığını yazıb. Rusiya Müdafiə Nazirliyi agentliyin cəbhədəki vəziyyətilə bağlı sualını cavabsız qoyub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
bizim.media
“Tərtər işi”ndə general Hikmət Həsənovun köməkçsinə və başqalarına hökm oxundu
Beynəlxalq iqlim konfransı keçirən Azərbaycanın bərbad iqlim statistikası
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri
BRİCS sammiti: Azərbaycan və Türkiyənin üzvlüyü niyə baş tutmadı?
Ukraynaya nüvə hücumu sınaqdan keçirildi: Putini dayandıran olacaqmı?