Dünya

Tramp İranı daha genişmiqyaslı zərbələrlə hədələyib

9 Aprel, 2026
113

Açıq mənbə

ABŞ prezidenti Donald Tramp İranla əldə olunmuş razılaşmanın şərtlərinə əməl edilməyəcəyi təqdirdə daha genişmiqyaslı hərbi zərbələrin endirilə biləcəyi barədə xəbərdarlıq edib.

Tramp bildirib ki, Amerika silahlı qüvvələri razılaşma tam icra olunana qədər Yaxın Şərqdə qalacaq.

“Bütün Amerika gəmiləri, təyyarələri və hərbçiləri, eləcə də əlavə silah və sursatlar xeyli zəifləmiş düşmənin təqibi və məhv edilməsi üçün İran ərazisi və ətrafında qalacaq. Bu, əldə olunmuş saziş tam yerinə yetirilənədək davam edəcək”, - o, “Truth Social” hesabında yazıb.

ABŞ və İran aprelin 8-də iki həftəlik atəşkəs barədə razılığa gəldiklərini açıqlayıblar. Tramp qeyd edib ki, Hörmüz Boğazı vasitəsilə gəmiçiliyin bərpası şərti ilə İrana zərbələri dayandırmağa hazırdır. İsrail bu qərarı dəstəkləsə də, atəşkəsin Livana şamil olunmadığını vurğulayıb.

“Tasnim” agentliyinin məlumatına görə, Tehran Vaşinqtona bildirib ki, İsrail Hizbullah qüvvələrinə qarşı əməliyyatları davam etdirərsə, atəşkəsdən imtina edə bilər.

“The Wall Street Journal” yazır ki, Trampın bəzi müttəfiqləri və köməkçiləri onun Tehranla əldə olunmuş “kövrək atəşkəs”i şişirtməsindən narahatdır. Onların fikrincə, İran hələ də Hörmüz boğazında gəmiçiliyi bloklaya və regiondakı ABŞ qüvvələrinə hücum edə bilər.

İran hakimiyyətinə yaxın “Fars” agentliyi isə Tehran tərəfindən hazırlanmış, Hörmüz boğazına nəzarəti də nəzərdə tutan 10 maddəlik planı yayıb. Bununla belə, “The New York Times” Ağ Evdəki mənbəyə istinadən bildirir ki, bu plan Trampın daha əvvəl “danışıqlar üçün əsas” adlandırdığı sənəddən fərqlənir və söhbət iki ayrı sənəddən gedir.

“Radio Farda”nın məlumatına görə, atəşkəs elan edildikdən sonra Hörmüz boğazından keçid məhdud olaraq qalır. AFP isə azı iki gəminin boğazdan keçdiyini, daha birinin isə yolda olduğunu bildirib.

İranın xarici işlər naziri Abbas Araqçı yaxın iki həftə ərzində Hörmüz boğazından sərbəst keçidin “İran silahlı qüvvələri ilə koordinasiya şəraitində” mümkün olacağını açıqlayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Gürcüstanda beş müxalifət partiyasının qadağan edilməsi üzrə məhkəmə başlayıb

23 Oktyabr 2026

Toplum TV

Gürcüstanın Konstitusiya Məhkəməsi ölkənin beş əsas müxalifət partiyasının qadağan olunması tələbi ilə verilən iddiaya baxmağa başlayıb. “OC Media”nın oktyabrın 22-də yaydığı məlumata görə, məhkəmə hakim “Gürcü Arzusu” partiyasının iddiasını təmin etsə, bu, müstəqil Gürcüstan tarixində görünməmiş siyasi vəziyyət yarada bilər. İddia Vahid Milli Hərəkat, “Dəyişiklik naminə koalisiya”, “Lelo”, “Gürcüstan naminə” və “Federalistlər” partiyalarını əhatə edir. Bu partiyalardan dördü 2024-cü il parlament seçkilərində baryeri keçib. “Federalistlər” isə seçkilərdə iştirak etməyib. “Gürcü Arzusu” bu siyasi qüvvələrin Vahid Milli Hərəkatla əlaqəli olduğunu və ölkədə sabitliyi pozmağa çalışdığını iddia edir. Hakim partiya öz mövqeyini parlament istintaq komissiyasının hesabatına əsaslandırır. Müxalifət və vətəndaş cəmiyyəti nümayəndələri...
Dünya

ABŞ məhkəməsi Trampın BBC-yə qarşı qaldırdığı iş üzrə dindirilməsinə qərar verib

23 Oktyabr 2026

sosial media

ABŞ federal məhkəməsi prezident Donald Trampın Britaniyanın BBC yayım şirkətinə qarşı qaldırdığı 10 milyard dollarlıq böhtan iddiası üzrə dekabrın 11-dək ifadə verməsi barədə qərar çıxarıb. Bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb. Magistrat hakim Enjolike Lett qərarı BBC-nin vəkillərinin Trampı məhkəmə prosesində ifadə verməyi gecikdirməkdə ittiham etməsindən sonra qəbul edib. BBC-nin vəkili Çarlz Tobin bildirib ki, sübutların toplanması üçün ayrılan müddətin başa çatmasına iki ay qalsa da, yayım şirkəti hələ Trampın ifadəsini ala bilməyib. Tərəflər Trampın oktyabrın 16-da ifadə verməsi barədə razılaşsalar da, prezident həmin tarixi “milli əhəmiyyətli məsələlər”lə əlaqədar ləğv edib. Tobinin sözlərinə görə, Tramp həmin gün Corciya...

Seçilmiş Videolar

Toplum TV loqo