Dünya

Tramp İspaniya ilə ticarəti dayandırmağı əmr edib 

9 İyul, 2026
99

whitehouse.gov

ABŞ prezidenti Donald Tramp İspaniya ilə ticarəti dayandırmaq əmri verib. 

O, bunu iyulun 8-də Ankarada Şimali Atlantik Müqaviləsi Təşkilatının (NATO) baş katibi Mark Rutte ilə görüşü zamanı açıqlayıb. 

"Mən İspaniya ilə danışmadım. İspaniya artıq bitmiş bir məsələdir. Biz artıq İspaniya ilə heç bir ticarət işi görmək istəmirik", - o deyib. 

Tramp sonra maliyyə naziri Skot Besentə xitabən İspaniya ilə bütün ticarət əlaqələrini və qarşılıqlı səfərləri dayandırmağı tapşırıb. 

"Görək, bizə zəng edib 'Xahiş edirik, cənab, sizinlə ticarət etmək istəyirik' deyəndə yenə də eyni dərəcədə düşmən mövqedə qalacaqlarmı", - o əlavə edib. 

Tramp qərarını İspaniyanın NATO daxilində yaxşı müttəfiq olmaması və öz üzərinə düşən müdafiə xərclərini ödəməməsi ilə əsaslandırıb. 

Tramp ötən il də İspaniyanı müdafiə xərclərini artırmadığına görə tənqid etmişdi. ABŞ prezidentinin təşəbbüsü ilə NATO ölkələri ümumdaxili məhsullarının 5 faizi qədər məbləği müdafiəyə xərcləməyə razılaşıblar. Rəsmi Madrid isə müdafiəyə bu qədər xərc çəkməməkdə israr edir. 

Müşahidəçilər isə əsl səbəbi İspaniya baş nazirinin ABŞ-ni İranla müharibəyə görə tənqid etməsində görür. Baş nazir Pedro Sançes, həmçinin, ABŞ ordusuna ölkəsinə məxsus hərbi bazalardan istifadəyə icazə verməmişdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Dövlət Departamenti: “Trampın ikinci prezidentlik dövründə 300 mindən çox ABŞ vizası ləğv edilib”

21 Oktyabr 2026

whitehouse

ABŞ Dövlət Departamenti Donald Trampın 2025-ci ilin yanvarında prezidentliyə qayıtmasından bəri 300 mindən çox vizanın ləğv edildiyini açıqlayıb. Departamentin məlumatına görə, vizaların ləğvi son həftələrdə sürətlənib. Dövlət Departamenti avqustun 10-da yayımladığı əvvəlki məlumatda həmin göstəricinin 175 mindən çox olduğunu bildirmişdi. Tramp 2025-ci ildə imzaladığı sərəncamda bildirirdi ki, “ABŞ-nin siyasəti ölkə vətəndaşlarını terror aktı törətmək niyyətində olan, milli və ictimai təhlükəsizliyə təhdid yaradan xarici vətəndaşlardan qorumağa” yönəlib. Departamentin sözçüsü Tommi Piqott administrasiyanın əvvəlki hökumətlərlə müqayisədə daha çox vizanı və daha sürətli ləğv etdiyini deyib. “Viza ilə ABŞ-də olan, qanunları pozan, dələduzluq edən və ya milli təhlükəsizliyimizə təhdid yaradan xarici vətəndaşlara qarşı...
Dünya

ABŞ vitse-prezidenti Ukraynanın NATO-ya üzvlüyünə qarşı olduğunu deyib

20 Oktyabr 2026

sosial media

ABŞ vitse-prezidenti Cey Di Vens Ukraynanın NATO-ya üzv qəbul edilməsinin əleyhinə olduğunu bildirib. Vens bu barədə “2WAY” portalına müsahibəsində danışıb. “Ukrayna NATO-nun üzvü deyil. Düşünmürəm ki, onlar NATO-ya üzv olmalıdırlar”, - vitse-prezident deyib. O, Ukraynanı ABŞ-nin müttəfiqi adlandırmaqdan da çəkinib. Vensin sözlərinə görə, Kiyev Vaşinqtonun müəyyən mənada tərəfdaşıdır, lakin iki ölkənin maraqları hər zaman üst-üstə düşmür. Vitse-prezident buna nümunə kimi Ukraynanın Rusiyanın neft emalı müəssisələrinə endirdiyi zərbələri göstərib. “Ukraynanın Rusiya dizel yanacağı istehsalı obyektlərinə zərbələr endirməsini və bunun amerikalılar üçün enerji qiymətlərini artırmasını düzgün hesab edirəmmi? Xeyr”, - Vens bildirib. O, ABŞ-nin Ukrayna ilə müxtəlif istiqamətlər üzrə əməkdaşlığı davam etdirəcəyini,...

Seçilmiş Videolar

Toplum TV loqo