Dünya

Tramp: İsrail Qəzzada 2 aylıq atəşkəslə bağlı razılığa gəlib 

2 İyul, 2025
52

Foto: EPA

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında iki aylıq atəşkəslə bağlı razılığa gəldiyini xəbər verib. 

İyulun 1-də “Truth Social” sosial şəbəkəsində xəbəri açıqlayan Tramp atəşkəs dövründə ABŞ-ın müharibəni sonlandırmaq üçün bütün tərəflərlə birgə işləyəcəyini yazıb. 

“Qətərlilər və misirlilər sülhə nail olmaq üçün çox çalışıblar, onlar bu son təklifi çatdıracaqlar. Ümid edirəm  HƏMAS bu razılaşmanı qəbul edəcək, çünki onlar üçün vəziyyət daha yaxşı olmayacaq — Yalnız daha da pisləşəcək”, - Tramp yazıb.

Qəzza zolağına nəzarət edən HƏMAS qruplaşması xəbərə hələ ki reaksiya verməyib. HƏMAS rəsmiləri daha öncə atəşkəs üçün şərtin İsrailin zolağı tamamilə tərk etməsi olduğunu bildirib. 

2023-cü ilin oktyabrından Qəzza zolağını bombalayan İsrail ordusu o vaxtdan bəri 50 mindən çox sakini öldürüb. 

İyulun 2-ə keçən gecə isə 30 nəfər öldürülüb. İsrail son həftələrdə həm də humanitar yardım məntəqəsinə gələn 600-dən çox sakini öldürüb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Simonyan Rusiya televiziyalarının yayımının qadağasını təklif edir

2 İyul 2025

Foto: OC Media

Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə bildirib ki, hökumət Rusiya telekanallarının Ermənistanda yayımının qadağan edilməsini “ciddi müzakirə etməlidir”. O, baş nazir Nikol Paşinyanla Erməni Apostol Kilsəsi arasında davam edən mübahisə ilə bağlı Rusiyanın dövlət televiziyalarında dərc olunan son şərhlərə cavab olaraq bu bəyanatla çıxış edib. Bazar ertəsi Rusiyanın xarici işlər naziri Sergey Lavrov mübahisəni Ermənistanın daxili işi adlandırıb, lakin əlavə edib ki, “kanonik min illik Erməni Apostol Kilsəsinə edilən hücumlar ciddi narahatlıq doğurur”. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan cavabında Lavrovu “Ermənistanın daxili işlərinə və daxili siyasətinə qarışmaqdan çəkinməyə” çağırıb. “Ermənistanın daxili işlərinə qarışmağa imkan verən kanallar varsa, bəlkə də...
Dünya

Zelenski Əliyevə zəng edib, başsağlığı verib 

2 İyul 2025

Foto: prezident.az

Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 1-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.  Zelenski "X" səhifəsində bildirib ki, o, Əliyevə "Ukraynaya, xalqımıza və ərazi bütövlüyümüzə verdiyi dəstəyə görə" təşəkkür edib.  "Həmçinin, Rusiyanın Azərbaycan vətəndaşlarını qəddarlıqla hədəf aldığı və Azərbaycan Respublikasını təhdid etdiyi vəziyyətdə Ukraynanın açıq dəstəyini ifadə etdim", - o əlavə edib.  Ukrayna Prezidenti iyunun 27-də Rusiyanın Yekaterinburq vilayətində hüquq-mühafizə orqanları tərəfindən öldürülən Səfərov qardaşları üçün Əliyevə başsağlığı verib.  "Prezident Əliyev və mən eyni mövqeyi bölüşürük – hər bir insanın həyatı və ləyaqəti qorunmalıdır", - o qeyd edib.  Tərəflər, həmçinin, ikitərəfli münasibətləri, o cümlədən enerji və humanitar əməkdaşlığı müzakirə etdiklərini bildiriblər. ...

Seçilmiş Videolar

Toplum TV loqo