Manşet

Aynur Elgünəş beynəlxalq mükafata layiq görülüb

2 İyul, 2025
68

Foto: Meydan TV

Meydan TV-nin həbsdə olan baş redaktoru Aynur Elgünəş (Qəmbərova) Qadınların Beynəlxalq Media Fondu (IWMF) tərəfindən mükafata layiq görülüb. 

Fondun saytında verilən məlumata görə, Elgünəş amerikalı xeyriyyəçi Vallis Annenberqin adını daşıyan “Qadın jurnalistlərə ədalət” mükafatını qazanıb. 

Saytda verilən məlumatda bildirilir ki, Elgünəş və “Meydan TV”-nin digər 6 jurnalisti uydurma ittihamlarla həbs ediliblər. 

2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Cəbrayılzadə (Deko), Aynur Elgünəş, Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı, vətəndaş cəmiyyəti üzvü Ülvi Tahirov saxlanılıblar.

Sonrada “Arqument.az” saytının baş redaktoru, “Meydan TV” ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı və Ülviyyə Quliyeva (Əli) da “Meydan TV işi”nə görə həbs edilib.

Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Manşet

ABŞ kəşfiyyatı: Pezeşkian İsrailin hücumu zamanı yaralanıb 

18 İyul 2025

Foto: WANA

İran Prezidenti Məsud Pezeşkianın ötən ay İsrailin hücumu zamanı yaralandığı bildirilir.  ABŞ kəşfiyyatından adları açıqlanmayan mənbələrin “CBS News” kanalına bildirdiyinə görə, daha öncə İranın dövlət mediasında bu barədə yayılan məlumatlar doğrudur və Pezeşkian hücumu zamanı Ali Milli Təhlükəsizlik Şurasının iclasında iştirak edirmiş.  Dövlət mediasının məlumatına görə, o, fövqəladə qaçış çıxışından qaçarkən ayağından xəsarət alıb. Pezeşkian özü bu ayın əvvəli amerikalı jurnalist Taker Karlsona müsahibəsində İsrailin onu öldürməyə çalışdığını deyib.  İyunun 13-də İsrailin İranın nüvə obyektlərinə zərbələr endirməsilə başlayan münaqişə iyunun 24-də ABŞ-nin vasitəçiliyi ilə başa çatıb.  Münaqişə ərzində ABŞ İranın nüvə obyektlərini bombalayıb.  Habelə, İsrail bir neçə İran hərbi liderini...
Manşet

Qazaxıstan XİN Azadlıq Radiosunun 16 əməkdaşının akkreditasiyasını uzatmaqdan imtina edib

15 İyul 2025

Foto: Radio Liberty

Qazaxıstanın Xarici İşlər Nazirliyi Azadlıq Radiosunun (RFE/RL) 16 əməkdaşının akkreditasiyasını uzatmaqdan imtina edib. Bu barədə Azadlıq Radiosunun Qazaxıstan xidməti məlumat yayıb. Nazirlik bildirib ki, bu qərarın səbəbi RFE/RL nümayəndəliyinin “KİV haqqında” qanunun 30-cu maddəsinin 4-cü bəndini “sistemli şəkildə pozması” olub.  Həmin bəndə əsasən, xarici KİV nümayəndələrinin müvafiq akkreditasiyası olmadan jurnalist fəaliyyətinə yol verilmir. Ötən həftə RFE/RL nümayəndəliyi, əvvəlcə 7 jurnalistə akkreditasiya verilmədiyinə görə, Qazaxıstanın XİN-ini məhkəməyə verib. İddiada göstərilib ki, imtinanın səbəbi kimi yalnız qanunda göstərilən ümumi ifadə göstərilib, amma konkret əsaslar açıqlanmayıb və əlavə sənədlər də tələb olunmayıb. RFE/RL-in maraqlarını “Hüquqi Media Mərkəzi” fondu müdafiə edir. “Biz apellyasiya şikayəti...

Seçilmiş Videolar

Toplum TV loqo