Foto: prezident.az
Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 1-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Zelenski "X" səhifəsində bildirib ki, o, Əliyevə "Ukraynaya, xalqımıza və ərazi bütövlüyümüzə verdiyi dəstəyə görə" təşəkkür edib.
"Həmçinin, Rusiyanın Azərbaycan vətəndaşlarını qəddarlıqla hədəf aldığı və Azərbaycan Respublikasını təhdid etdiyi vəziyyətdə Ukraynanın açıq dəstəyini ifadə etdim", - o əlavə edib.
Ukrayna Prezidenti iyunun 27-də Rusiyanın Yekaterinburq vilayətində hüquq-mühafizə orqanları tərəfindən öldürülən Səfərov qardaşları üçün Əliyevə başsağlığı verib.
"Prezident Əliyev və mən eyni mövqeyi bölüşürük – hər bir insanın həyatı və ləyaqəti qorunmalıdır", - o qeyd edib.
Tərəflər, həmçinin, ikitərəfli münasibətləri, o cümlədən enerji və humanitar əməkdaşlığı müzakirə etdiklərini bildiriblər.
İqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın yaradılması barədə razılığa gəlindiyi, hökumət nümayəndələrinin bu istiqamətdə işlərini intensivləşdirəcəyi çatdırılıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: OC Media
Foto: EPA
Hökumətyönlü mətbuatın “istintaq sirləri”: Sızdırılma, yoxsa təxəyyül məhsulu?
Qaçaqmalçının yekəsi
"Abzas Media işi”: “İstintaq Kekalovun ifadəsini almamış, necə onun ifadəsini əsas götürərək Ülvi Həsənlini həbs edib?”
Ruslan İzzətli oğluna məktub yazıb: “Fərqli düşünməyin cəzası həbsxanadır”
Elgün İbrahimov barədə olan rəsmi açıqlama qanunidirmi? - “Tribunat” araşdırıb