Məhkəmə

Ailəsi: Ülvi Həsənli karserdə zorakılığa məruz qalıb

2 İyul, 2025
196

Foto: sosial media

İyulun 1-də vəkil Zibeydə Sadıqova “Abzas Media"nın həbsdə olan direktoru Ülvi Həsənli ilə görüşüb. 

“Abzas Media”nın xəbərinə görə, Həsənli vəkilinə iyunun 26-dan cərimə kamerasında (karser) saxlanıldığını və həmin gündən aclıq etdiyini bildirib. Aclıq nəticəsində onun çəkisi 77 kiloqramdan 71 kiloqrama düşüb.

Həyat yoldaşı Rübabə Quliyeva isə “Abzas Media”ya bildirib ki, Həsənli aclıq etməsinə baxmayaraq hələ də həkim müayinəsindən keçirilməyib. O, ailəsinə Umbakı qəsəbəsindəki müəssisəyə köçürüldüyü gündən eyni paltarları geyindiyini və təmiz geyimlərinin ona çatdırılmadığını deyib.  Həsənli həm də bildirib ki, ona yatmaq üçün köhnə, sınıq, yataq dəsti olmayan çarpayı verilib və buna görə belində ağrılar başlayıb. 

Ailəsi əlavə edib ki, Ramin Əkbərov və Pərviz adlı iki təcridxana əməkdaşı Həsənliyə qarşı zorakılıq tətbiq ediblər və itələyiblər. “Bu zaman Ülvi çarpayıya dəyib və ayağından xəsarət alıb. Ailəsi hazırda da onun bədənində xəsarət izlərinin qaldığını qeyd edib”, - xəbərdə qeyd olunur. 

Həsənli həyat yoldaşı və iki yaşlı qızı ilə görüşə icazə verilmədiyi üçün aclığı davam etdirəcəyini bəyan edib. Bundan əlavə, o, haqqındakı məhkəmə hökmü qanuni qüvvəyə minməmiş Bakı İstintaq Təcridxanasından Umbakı təcridxanasına köçürülməsinə etiraz edir. 

“Abzas Media”nın Bakı İstintaq Təcridxanasında saxlanılan qadın jurnalistləri də Həsənlinin tələblərinin yerinə yetirilməyəcəyi halda aclıq aksiyasına qoşulacaqları bildirilir. 

Vəkil Zibeydə Sadıqova məsələ ilə bağlı Penitensiar Xidmətə və Ombudsman Aparatına müraciət edib.

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. 

Hakimin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və “Azadlıq Radiosu"nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “Abzas Media"nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddədə ittiham ediliblər. Lakin jurnalistlər və müdafiəçiləri istintaqın ortaya tutarlı sübutlar qoymadığını bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Rüfət Səfərov 8 il müddətinə azadlıqdan məhrum edilib

12 İyun 2026

açıq mənbə

İyunun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi Rüfət Səfərovun işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.  Hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirlən prosesdə Rüfət Səfərova hökm oxunub. Hökmə əsasən, Rüfət Səfərov 8 il müddətinə azadlıqdan məhrum edilib. Dövlət ittihamçısı onun 9 il azadlıqdan məhrum etməsini tələb etmişdi. Rüfət Səfərov 2024-cü il dekabrın 3-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma)  və 221.1 (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. İttiham aktında iddia olunur ki, R.Səfərov Natiq İmanquliyev adlı şəxsə torpaq satmaq adı ilə ondan 60 min manat pul...
Məhkəmə

Məmməd Alpay: "USAID-dən dövlət qurumları milyonlarla dollar alıb, amma bu iş üzrə biz həbs olunmuşuq"

12 İyun 2026

Sosial media

İyunun 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seçki Müşahidə Alyansının rəhbəri Məmməd Alpayın (Məmmədzadə) cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. “Azadlıq Radiosu“ yazır k, iclasda ifadə verən M.Alpay bildirib ki, o və bir sıra vətəndaş cəmiyyəti fəalları əvvəlcə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə bağlı başlanmış cinayət işi çərçivəsində həbs olunublar. Onun sözlərinə görə, sonradan işin istiqaməti dəyişdirilib və fərqli ittihamlar irəli sürülüb. Artıq 1 il 3 aydır həbsdə olan M.Alpay mənimsəmə, cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması, vəzifə səlahiyyətlərindən sui-istifadə və vergidən yayınma ittihamları ilə mühakimə olunur. İstintaq orqanı onun aldığı qrantları Ədliyyə Nazirliyində qeydiyyatdan keçirmədiyini iddia edir....

Seçilmiş Videolar

Toplum TV loqo