Dünya

Tramp: “ABŞ-nin Ukraynaya ‘Patriot’ raketlərinin istehsalına lisenziya verəcəyinə hələ əmin deyiləm”

31 İyul, 2026
26

White House

ABŞ prezidenti Donald Tramp administrasiyasının Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket istehsalına lisenziya verib-verməyəcəyinə hələ də əmin olmadığını bildirib.

Tramp bu barədə “Financial Times” qəzetinin müxbirinə açıqlamasında deyib. Onun sözlərinə görə, ABŞ administrasiyası hazırda məsələni nəzərdən keçirir.

ABŞ prezidenti “Patriot” sistemlərini “unikal silah” adlandırıb və onların istehsalı üçün lisenziyanın kimə verilməsi məsələsində “ehtiyatlı olmaq lazım olduğunu” vurğulayıb. O qeyd edib ki, ABŞ adətən belə lisenziyalar vermir.

Trampın açıqlaması onun Ukrayna prezidenti Volodimir Zelenski ilə Ağ Evdə görüşündən iki gün sonra baş verib. V.Zelenski görüşü “yaxşı” adlandırıb. Onun sözlərinə görə, görüş zamanı digər məsələlərlə yanaşı, Rusiyanın ballistik raketlərinə qarşı mübarizə tədbirləri də müzakirə olunub. “Patriot” sistemləri əsasən bu tip raketlərin qarşısının alınması üçün istifadə edilir.

Ağ Ev isə görüş zamanı bu məsələnin müzakirə edildiyini rəsmi şəkildə açıqlamayıb.

Tramp son günlər müharibənin mümkün qədər tez başa çatdırılmasına çalışdığını dəfələrlə vurğulayıb. O, həm Rusiyadan, həm də Ukraynadan bununla bağlı addımlar atmağı gözlədiyini bildirib: “Bizə raketlər yox, sülh lazımdır”.

ABŞ prezidenti həmçinin onun xüsusi nümayəndələri Stiv Uitkoff və Jared Kuşnerin avqust ayında ilk dəfə Kiyevə səfər edəcəklərini təasdiqləyib.

İyulun əvvəlində Ankarada keçirilən NATO sammitində Zelenski ilə görüşən Tramp ABŞ-nin Ukraynaya “Patriot” sistemləri üçün raket istehsalına lisenziya verə biləcəyini bildirmişdi.

Hazırda Ukrayna “Patriot” sistemləri üçün kifayət qədər raketə malik olmadığı üçün Rusiyanın ballistik raketlərinin qarşısını tam şəkildə ala bilmir. Zelenskinin sözlərinə görə, Rusiya

Ukraynaya həyata keçirdiyi hər böyük hücum zamanı 30-40 ballistik raketdən istifadə edir və ay ərzində belə hücumların sayı 3-5 arasında dəyişir.

“The Guardian” nəşrinin məlumatına görə, Rusiya iyulun 26-na keçən gecə ballistik raketlə ABŞ-nin “Terminal Autonomy” şirkətinin pilotsuz uçuş aparatlarının istehsal etdiyi zavoduna zərbə endirib və zavodu “məhv edib”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Mərakeşdən yüzlərlə miqrant İspaniyanın Seuta anklavına keçib

31 İyul 2026

Nexta

Son günlər Mərakeşdən minlərlə miqrant Şimali Afrikadakı İspaniya anklavı Seutaya keçib. İspaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, son 24 saat ərzində dəniz və quru yolu ilə təxminən 49 min miqrant Mərakeşdən Seutaya daxil olub. İspaniyanın dövlət televiziyası RTVE isə iyulun 30-da ilkin olaraq Seutaya 2-3 min nəfərin keçdiyini bildirmişdi. Sonrakı hesablamalarda keçidlərin sayının daha yüksək olduğu açıqlanıb. Seuta və Şimali Afrikada yerləşən digər İspaniya şəhəri Melilya Avropa İttifaqının Afrika ilə yeganə quru sərhədini təşkil edir. Hər iki şəhərdə Avropaya keçməyə çalışan miqrantların sərhədi aşmaq cəhdləri vaxtaşırı kəskinləşir. Sosial şəbəkələrdə yayılan videolarda yüzlərlə miqrantın üzgüçülük halqaları ilə dənizi keçdiyi, digərlərinin isə...
Dünya

NYT: “İran Ukraynaya ballistik raket zərbəsi endirməyi nəzərdən keçirib”

29 İyul 2026

sosial media

Tehran Xəzər dənizində İran gəmisinə endirilən zərbəyə cavab olaraq Ukraynanın dəniz limanlarından birinə raket zərbəsi endirməyi nəzərdən keçirib. Bu barədə "The New York Times" (NYT) adı açıqlanmayan rəsmilərə istinadən məlumat yayıb. Nəşrin yazdığına görə, intensiv diplomatik səylər nəticəsində hazırda vəziyyəti sabitləşdirmək mümkün olub. Mənbələrdən birinin sözlərinə görə, İranın Ukraynaya simvolik xarakter daşıyan, nisbətən kiçik döyüş başlığına malik ballistik raket atacağı gözlənilirdi. Digər mənbələr isə mümkün hədəfin Ukraynanın Qara dənizdə yerləşən limanlarından biri ola biləcəyini bildiriblər. NYT qeyd edir ki, İranın Ukraynaya istənilən raket zərbəsi münaqişənin ciddi şəkildə eskalasiyasına səbəb ola və Tehranla Kiyev arasında daha genişmiqyaslı qarşıdurma riskini artıra bilər....

Seçilmiş Videolar

Toplum TV loqo