Məhkəmə

Kommunist fəallara 1,5-2 il həbs cəzası verilib

29 İyul, 2026
17

sosial media

Ötən ilin noyabrında Bakıda SSRİ bayraqları ilə yürüş etdikdən sonra həbs olunmuş kommunist fəalların məhkəmə prosesi sona çatıb. 

İyulun 29-da Nizami Rayon Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Hökmə əsasən, fəallardan İbrahim Əsədli və Abdulla İbrahimli 2, Elçin Bayramlı və Mehman Zeynalov isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Onlar Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi üzrə təqsirli biliniblər.

Təqsirləndirilən şəxslərdən İ.Əsədli son sözündə həbsini siyasi sifariş adlandırıb. "Azərbaycanın sovet keçmişini xalqın yaddaşından silmək istəyirlər. Qorxurlar ki, 30 illik fiaskonu camaat görər. Bunlar sosializmdən qorxurlar", - o qeyd edib. 

Kommunist fəallar ötən il noyabrın 7-də Bakıda “Böyük Sosialist İnqilabı”nın 108-ci ildönümü münasibətilə SSRİ bayraqları ilə yürüş keçiriblər və yürüşdən videonu da həmin gün sosial şəbəkələrdə paylaşıblar. Noyabrın 26-da isə polis tərəfindən saxlanılıblar və növbəti gün barələrində həbs qətimkan tədbiri seçilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Avropa Mətbuat Azadlığı Mərkəzi "Toplum TV işi" üzrə hökmü qınayır

29 İyul 2026

ecpmf.eu

Avropa Mətbuat Azadlığı Mərkəzi (ECPMF) "Toplum TV işi" üzrə verilən məhkəmə hökmünü qınayan bəyanat yayıb.  İyulun 28-də verilən bəyanatda deyilir ki, hökm Azərbaycanda müstəqil jurnalistikaya qarşı "davam edən repressiyaların ciddi şəkildə dərinləşdiyini göstərir və ölkədə artıq xeyli daralmış azad və tənqidi jurnalistika üçün mövcud məkanı daha da məhdudlaşdırır."  "İttihamlar Azərbaycanın məhdudlaşdırıcı media qanunvericiliyindən qaynaqlanır. Həmin qanunvericilik müstəqil media qurumlarının xarici maliyyə dəstəyi almasını faktiki olaraq mümkünsüz edir. Maliyyələşmə mexanizmlərinin kriminallaşdırılması isə hakimiyyət tərəfindən müstəqil jurnalistikanı hədəfə almaq və tənqidi səsləri susdurmaq üçün istifadə olunan alətə çevrilib", - deyə qeyd olunub.  ECPMF bu hökmü Azərbaycan hakimiyyətinin müstəqil jurnalistikanı "susdurmaq məqsədilə cinayət...
Məhkəmə

Jurnalistləri Müdafiə Komitəsi “ToplumTV işi” üzrə çıxaırlan hökmləri pisləyib

29 İyul 2026

Toplum TV

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) iyulun 27-də  "ToplumTV işi" üzrə jurnalistlərə və digər şəxslərə 15 ilədək həbs cəzası verilməsini qətiyyətlə pisləyib. CPJ-nin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Fiona Obrayen bildirib ki, “Toplum TV” ilə əlaqəli doqquz nəfərə ağır cəzaların kəsilməsi "beynəlxalq hesabatlılığın olmamasının Azərbaycan prezidenti İlham Əliyev kimi avtoritarları necə cəsarətləndirdiyinin klassik nümunəsidir.  “Hazırda Azərbaycanda 20-dən çox jurnalist və media işçisi əsassız olaraq həbsdədir və onlar müstəqil jurnalistikaya qarşı amansız repressiyanın qurbanlarıdır. Xüsusilə Avropa dövlətləri anlamalıdır ki, Əliyev hakimiyyəti ilə getdikcə istiləşən münasibətləri və onu beynəlxalq insan hüquqları standartlarına riayət etməyə məcbur etməmələri təkcə Azərbaycanın daxilində dağıdıcı nəticələr doğurmur, həm də onların...

Seçilmiş Videolar

Toplum TV loqo