Ölkə

SOCAR-ın sahə rəisi: “Dənizaltı borular kəsilərək satılır”

29 İyul, 2026
232

Report

Xəzər dənizində Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus dəniz özülləri və boruların kəsilərək satıldığı deyilir. 

Bu iddia SOCAR-ın “Abşeronneft” Neft-qaz Çıxarma İdarəsinin sahə rəisi Xanhüseyn Gözəlovun SOCAR prezidenti Rövşən Nəcəfə yazılı müraciətində yer alıb. Müraciəti Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı iyulun 28-də sosial media hesabında ictimailəşdirib. 

“Kəsilmə zamanı Xəzər dənizinin ekosistemi çirkləndirilir. Son dönəmdə Xəzərin Dübəndi və Şüvəlan sahillərində olan neft çirklənmələri məhz bu səbəbdən baş vermişdi. Sonuncu belə hal iyunun 18-də müşahidə olunub”, - ərizəçi qeyd edib. 

X.Gözəlovun sözlərinə görə, bu ilin yanvar-fevral aylarında 250 saylı Stasionar Dəniz Özülü, iyulda isə 11 saylı estakadada olan istismara yararlı neft boruları “qanunsuz şəkildə heç bir sənəd və icazə olmadan kəsilərək qara metal kimi götürülüb”. 

Sahə rəisi bildirir ki, bu və digər qanunsuzluqlar barədə şirkətə və aidiyyəti dövlət orqanlarına məlumat versə də, idarədən ona şiddətli töhmət verilib. 

“Rəhbərlik etdiyim sahədə  idarə rəhbərinə  yaxın olan işçi tərəfindən mənə qarşı böhtan atılıb. Bu da öz növbəsində korrupsiya ilə bağlı müraciət edən şəxsə qarşı hədə-qorxu və böhtan atma əməlidir. Təəssüf hissi ilə bildirmək istəyirəm ki, idarədə olan qohumbazlıq, korrupsiya və s. barəsində SOCAR rəhbərliyinə dəfələrlə müraciət etsəm də, heç bir tədbir görülmür. Bütün hallarda problem SOCAR prezidentinin müşaviri Zaur Qəhrəmanov tərəfindən araşdırılmadan bağlanır”, - o əlavə edib. 

X.Gözəlov SOCAR prezidentindən özül və boruların kəsilməsinin, eləcə də özünə qarşı təzyiqlərin dayandırılması üçün kömək etməyi xahiş edib. 

Ötən ay sosial mediada Xəzərin Dübəndi sahilində dəniz suyunun neftlə çirkləndiyini göstərən videolar yayılıb. 

SOCAR-ın həmin vaxt verdiyi açıqlamaya görə, yoxlamalar nəticəsində çirklənmə mənbəyinin “Azneft” İstehsalat Birliyinə məxsus sualtı neft kəmərlərindən biri olduğu müəyyən edilib və həmin kəmər üzrə neftin nəqli dayandırılıb. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Ölkə

Laçın istiqamətində itkin düşdüyü deyilən əsgərin Ermənistanda saxlanıldığı bildirilir

2 Oktyabr 2026

sosial media

Laçın istiqamətində hərbi xidmət keçərkən itkin düşə əsgər Nəsimi Rasim oğlu Musayevin Ermənistan ərazisində saxlanıldığı bildirilir. Azərbaycan Baş Prokurorluğunun oktyabrın 1-də yaydığı məlumatda belə deyilir. Qurumun açıqlamasına görə, Nəsimi Musayev sentyabrın 26-da xidmət yerində olmayıb və həmin gündən onun axtarışına başlanılıb. Qeyd olunur ki, axtarışlara Müdafiə və Fövqəladə Hallar nazirliklərinin qüvvələri cəlb edilib. “Bununla yanaşı, hadisənin hallarının araşdırılması məqsədilə Hərbi Prokurorluqda müvafiq araşdırma aparılmış və araşdırma nəticəsində Nəsimi Musayevin hərbi hissəni özbaşına tərk etməsinə əsaslı şübhələr müəyyən edilib”, - Baş Prokurorluğun məlumatında deyilir. Qurum əlavə edib ki, həyata keçirilən tədbirlər nəticəsində N. Musayevin Ermənistan ərazisində olduğu və həmin ölkədə saxlanıldığı...
Ölkə

Nazirlər Kabineti: Məktəblərdə “dünyəvilik prinsipinə uyğun olmayan” geyimlərə icazə verilməyəcək

22 Sentyabr 2026

sosial media

“Dövlət məktəblərində müəyyən edilmiş formanın vahidliyini pozan və təhsilin dünyəvilik prinsipinə uyğun olmayan əlavə geyim elementlərindən istifadəyə yol verilməyəcək”. Nazirlər Kabinetinin sentyabrın 21-də “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nə etdiyi dəyişiklikdə belə deyilir. “Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən tədbirlərdə məktəbin Pedaqoji Şurasının qərarı ilə milli geyimlərdən və ya milli geyim elementlərindən istifadə edilməsinə yol verilir”, - qərarda bildirilir. Qərara görə, valideynlər və ya digər qanuni nümayəndələr uşaqların geyim qaydalarına əməl etməsini təmin etməlidirlər. Bildirilir ki, qaydalara riayət olunması ilə bağlı məsələləri məktəbin Pedaqoji Şurası həll edəcək: “Şuranın qərarı qəbul olunduğu tarixdən beş iş...

Seçilmiş Videolar

Toplum TV loqo