Dünya

Tramp: “İranda yeni lider kimi gördüyümüz adamların çoxu ölüb”

4 Mart, 2026
124

Foto: Getty Images

ABŞ prezidenti Donald Tramp deyib ki, İranda hakimiyyətdə görmək istədiyi şəxslərin çoxu ölüb. 

O, bunu martın 3-də Ağ Evdə Almaniya kansleri Fridrix Mersi qəbul edərkən jurnalistin sualına cavabında bildirib. 

Tramp daha öncə ABŞ-İsrail hücumları nəticəsində İranda 48 rəhbər şəxsin öldürüldüyünü demişdi. Onların arasında ali lider Seyid Əli Xamenei, Baş Qərargah rəisi, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri, müdafiə naziri və başqaları var. 

Keçmiş İran şahının oğlu, ABŞ-də yaşayan Rza Pəhləvi ilə bağlı suala cavabında isə Tramp onun İranı idarə edə biləcəyinə şübhə ilə yanaşdığını deyib. 

"Ölkəsinin onun liderliyini qəbul edib-etməyəcəyini bilmirəm. Əlbəttə ki, qəbul etsəydilər, mənim üçün problem olmazdı”, - o qeyd edib. 

65 yaşlı Pəhləvi daha öncə ABŞ mətbuatına müsahibəsində İranda keçid hökumətinə rəhbərlik etməkdə iddialı olduğunu və 47 ildən sonra ilk dəfə olaraq İrana qayıtmağa hazır olduğunu bildirib.

Fevralın 28-də ABŞ və İsrail İrana havadan zərbələr endirməyə başlayıb. Tramp hücumun başlamasını elan etdiyi çıxışında iranlıları hakimiyyəti ələ keçirməyə çağırıb. 

İranın Qırmızı Aypara Cəmiyyətinin ən son martın 3-ə olan məlumatına görə, İranda hücumlar nəticəsində ən az 787 nəfər ölüb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Gürcüstanda beş müxalifət partiyasının qadağan edilməsi üzrə məhkəmə başlayıb

23 Oktyabr 2026

Toplum TV

Gürcüstanın Konstitusiya Məhkəməsi ölkənin beş əsas müxalifət partiyasının qadağan olunması tələbi ilə verilən iddiaya baxmağa başlayıb. “OC Media”nın oktyabrın 22-də yaydığı məlumata görə, məhkəmə hakim “Gürcü Arzusu” partiyasının iddiasını təmin etsə, bu, müstəqil Gürcüstan tarixində görünməmiş siyasi vəziyyət yarada bilər. İddia Vahid Milli Hərəkat, “Dəyişiklik naminə koalisiya”, “Lelo”, “Gürcüstan naminə” və “Federalistlər” partiyalarını əhatə edir. Bu partiyalardan dördü 2024-cü il parlament seçkilərində baryeri keçib. “Federalistlər” isə seçkilərdə iştirak etməyib. “Gürcü Arzusu” bu siyasi qüvvələrin Vahid Milli Hərəkatla əlaqəli olduğunu və ölkədə sabitliyi pozmağa çalışdığını iddia edir. Hakim partiya öz mövqeyini parlament istintaq komissiyasının hesabatına əsaslandırır. Müxalifət və vətəndaş cəmiyyəti nümayəndələri...
Dünya

ABŞ məhkəməsi Trampın BBC-yə qarşı qaldırdığı iş üzrə dindirilməsinə qərar verib

23 Oktyabr 2026

sosial media

ABŞ federal məhkəməsi prezident Donald Trampın Britaniyanın BBC yayım şirkətinə qarşı qaldırdığı 10 milyard dollarlıq böhtan iddiası üzrə dekabrın 11-dək ifadə verməsi barədə qərar çıxarıb. Bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb. Magistrat hakim Enjolike Lett qərarı BBC-nin vəkillərinin Trampı məhkəmə prosesində ifadə verməyi gecikdirməkdə ittiham etməsindən sonra qəbul edib. BBC-nin vəkili Çarlz Tobin bildirib ki, sübutların toplanması üçün ayrılan müddətin başa çatmasına iki ay qalsa da, yayım şirkəti hələ Trampın ifadəsini ala bilməyib. Tərəflər Trampın oktyabrın 16-da ifadə verməsi barədə razılaşsalar da, prezident həmin tarixi “milli əhəmiyyətli məsələlər”lə əlaqədar ləğv edib. Tobinin sözlərinə görə, Tramp həmin gün Corciya...

Seçilmiş Videolar

Toplum TV loqo