NATO
ABŞ və İran arasında atəşkəs pozulub.
İyulun 8-ə keçən gecə ABŞ ordusu İranda 80-dən çox hədəfə zərbə endirdiyini açıqlayıb. ABŞ Mərkəzi Komandanlığı bunu ötən gün İranın Hörmüz boğazından keçməyə çalışan üç gəmini hədəf alması ilə əsaslandırıb.
İran Xarici İşlər Nazirliyi isə verdiyi bəyanatda iyulun 7-də baş verən insidentə görə qarşı tərəfi günahlandırıb, ABŞ-nin Hörmüzdə yeni marşrutlar açmağa çalışdığını bildirib.
İran ABŞ-nin hücumlarına Küveyt və Bəhreyndəki ABŞ hərbi bazalarına zərbələr endirməklə cavab verib. İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) iki ölkədə 85 hədəfə zərbə endirildiyini açıqlayıb.
Şimali Atlantik Müqaviləsi Təşkilatının (NATO) sammitində iştirak üçün Ankarada olan ABŞ prezidenti Donald Tramp jurnalistlərə İranla atəşkəsin başa çatdığını deyib.
“Artıq onlarla iş görmək istəmirəm, onlar alçaqdırlar. Onlar xəstə insanlardır, onlara xəstə insanlar rəhbərlik edir və qəddar, zorakı insanlardır. Əgər onların nüvə silahı olsaydı, ondan istifadə edərdilər”, - o əlavə edib.
NATO baş katibi Mark Rutte isə jurnalistlərə deyib ki, ABŞ-nin İrana zərbələri “tamamilə zəruri” olub.
Fevralın 28-də ABŞ və İsrail İrana havadan hücumlar həyata keçirməyə başlamışdı. Aprelin 7-də Pakistanın vasitəçiliyi ilə tərəflər arasında atəşkəs əldə olunsa da, münaqişə başa çatmış hesab olunmurdu.
İyunun 17-də isə ABŞ və İran arasında münaqişəni bitirmək üçün anlaşma memorandumu imzalanıb. Sənədə əsasən, iki ölkə arasında yekun saziş üçün danışıqlar davam etməli və iki ay müddətinə atəşkəs qüvvədə olmalı idi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Dövlət Departamenti: “Trampın ikinci prezidentlik dövründə 300 mindən çox ABŞ vizası ləğv edilib”
whitehouse
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Abgül Süleymanov 30 sutka həbs edilib
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”