Foto: açıq mənbə
Venesuela parlamentinin sədri Xorxe Rodriges yanvarın 8-də ölkədə siyasi motivlərlə həbsdə olan şəxslərin azad ediləcəyini elan edib.
Onun sözlərinə görə, bu addım "sülhü qorumaq üçün atılan birtərəfli jestdir".
Rodriges azad ediləcək şəxslərin kimliyi və sayı ilə bağlı məlumat verməyib.
Hüquq müdafiəçiləri Venesuelada ən az 800 "siyasi məhbus"un olduğunu deyirlər. Onların əksəriyyəti hazırda ABŞ-də həbsdə olan prezident Nikolas Maduronun dövründə həbs olunub.
Ağ Evdən verilən açıqlamada bildirilir ki, bu, prezident Trampın "Amerika və Venesuela xalqlarının xeyrinə düzgün addımlar atmaq üçün maksimum təsir gücündən necə istifadə etdiyinə dair sübutdur".
ABŞ hərbçiləri Trampın tapşırığı ilə yanvarın 3-də Maduronu tutaraq ABŞ-yə gətiriblər. O, narkoterrorçuluq və ABŞ-yə qarşı silahlı hücum planında təqsirləndirilir.
Maduro isə ittihamları rədd edir, Trampın əsl məqsədinin ölkəsinin neft ehtiyatlarını ələ keçirmək olduğunu deyir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
The White House
IHRNGO
Ələsgər Məmmədli: “Azərbaycanda hüququn aliliyini müdafiə etdiyimə görə qanunsuz həbs edilmişəm”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
İlqar Məmmədov prezidentə: "Sizi dəstəkləyən bir partiya lideri mənə xəbərdarlıq edir"
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"
Torpaqların birləşdirilməsi kəndlilərə nə verəcək?