Dünya

Xamenei: "ABŞ-nin hərbi bazaları özlərini qoruya bilmir, o ki qaldı müttəfiqlərini"

30 Aprel, 2026
121

Reuters

İranın ali lideri Müctəba Xamenei növbəti dəfə xalqa müraciət edib. 

Aprelin 30-da dövlət televiziyasında oxunan müraciətində o, İranın Hörmüz boğazına nəzarətə davam edəcəyini deyib. 

Xameneinin sözlərinə görə, ABŞ-nin hücumlarından sonra Fars körfəzi və Hörmüz boğazı üçün "yeni səhifə açılıb". 

“Hörmüz boğazı üçün yeni hüquqi çərçivə və idarəetmə sistemi regionun bütün ölkələri üçün rifah və inkişafı irəli aparacaq, onun iqtisadi faydaları isə xalqa sevinc gətirəcək", - ali lider əlavə edib.

Xamenei daha sonra qeyd edib ki, ABŞ-nin Fars körfəzindəki hərbi bazaları regionda təhlükəsizliklə bağlı əsas problemdir. 

"Amerikanın hərbi bazaları özlərini müdafiə edə bilmir, o ki qaldı asılı ölkələri və ya müttəfiqlərini müdafiə etsin", - o bildirib. 

Fevralın 28-də ABŞ və İsrail İrana havadan hücumlar həyata keçirməyə başlayıb. İran da qarşılığında İsrailə və ABŞ hərbi bazalarının yerləşdiyi Fars körfəzi ölkələrinə raket və dron zərbələri endirib. İran həm də dünyada neft və qaz tədarükünün təxminən beşdə birinin həyata keçdiyi Hörmüz boğazını əksər ölkələrin tankerlərinə bağlayıb. 

Aprelin 7-də Pakistanın vasitəçiliyi ilə tərəflər arasında atəşkəs əldə olunub. Lakin münaqişə hələ başa çatmış hesab olunmur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Gürcüstanda beş müxalifət partiyasının qadağan edilməsi üzrə məhkəmə başlayıb

23 Oktyabr 2026

Toplum TV

Gürcüstanın Konstitusiya Məhkəməsi ölkənin beş əsas müxalifət partiyasının qadağan olunması tələbi ilə verilən iddiaya baxmağa başlayıb. “OC Media”nın oktyabrın 22-də yaydığı məlumata görə, məhkəmə hakim “Gürcü Arzusu” partiyasının iddiasını təmin etsə, bu, müstəqil Gürcüstan tarixində görünməmiş siyasi vəziyyət yarada bilər. İddia Vahid Milli Hərəkat, “Dəyişiklik naminə koalisiya”, “Lelo”, “Gürcüstan naminə” və “Federalistlər” partiyalarını əhatə edir. Bu partiyalardan dördü 2024-cü il parlament seçkilərində baryeri keçib. “Federalistlər” isə seçkilərdə iştirak etməyib. “Gürcü Arzusu” bu siyasi qüvvələrin Vahid Milli Hərəkatla əlaqəli olduğunu və ölkədə sabitliyi pozmağa çalışdığını iddia edir. Hakim partiya öz mövqeyini parlament istintaq komissiyasının hesabatına əsaslandırır. Müxalifət və vətəndaş cəmiyyəti nümayəndələri...
Dünya

ABŞ məhkəməsi Trampın BBC-yə qarşı qaldırdığı iş üzrə dindirilməsinə qərar verib

23 Oktyabr 2026

sosial media

ABŞ federal məhkəməsi prezident Donald Trampın Britaniyanın BBC yayım şirkətinə qarşı qaldırdığı 10 milyard dollarlıq böhtan iddiası üzrə dekabrın 11-dək ifadə verməsi barədə qərar çıxarıb. Bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb. Magistrat hakim Enjolike Lett qərarı BBC-nin vəkillərinin Trampı məhkəmə prosesində ifadə verməyi gecikdirməkdə ittiham etməsindən sonra qəbul edib. BBC-nin vəkili Çarlz Tobin bildirib ki, sübutların toplanması üçün ayrılan müddətin başa çatmasına iki ay qalsa da, yayım şirkəti hələ Trampın ifadəsini ala bilməyib. Tərəflər Trampın oktyabrın 16-da ifadə verməsi barədə razılaşsalar da, prezident həmin tarixi “milli əhəmiyyətli məsələlər”lə əlaqədar ləğv edib. Tobinin sözlərinə görə, Tramp həmin gün Corciya...

Seçilmiş Videolar

Toplum TV loqo