Dünya

Xamenei: "İrana dəyən bütün zərərlərə görə təzminat tələb edəcəyik"

10 Aprel, 2026
124

Reuters

İranın ali lideri Müctəba Xamenei ABŞ və İsrailə qarşı münaqişədə ölkəsinin "yekun qələbə" əldə etdiyini deyib.

Ali liderin bu barədə müraciəti aprelin 9-da İranın dövlət televiziyasında oxunub. 

O, atası və keçmiş ali lider Seyid Əli Xameneinin münaqişənin ilk günündə öldürülməsindən 40 gün keçdiyini qeyd edərək, münaqişə ərzində İranın "dünyanı heyrətləndirdiyini" bildirib. 

Xamenei Tehranın münaqişəni davam etdirməkdə maraqlı olmadığını, lakin öz haqları uğrunda mübarizə aparacağını qeyd edib. 

“Biz ölkəmizə hücum edən cinayətkar təcavüzkarları cəzasız qoymayacağıq. İran bütün zərərlər üçün, həmçinin şəhidlərin və yaralıların qanı üçün təzminat tələb edəcək", - o əlavə edib.

Aprelin 7-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs barədə razılıq əldə olunub. 

ABŞ prezidenti Donald Tramp İrandan 10 maddəlik təkliflər paketi aldıqlarını deyib və bildirib ki, bu, "danışıqlar üzərində işləmək üçün əsas" olacaq.

İranın dövlət mediasının açıqladığı 10 maddəlik təkliflər paketində İrana qarşı sanksiyaların qaldırılması, Hörmüz boğazına İranın nəzarət etməsi, ABŞ ordusunun Yaxın Şərqi tərk etməsi, İrana dəymiş zərərə görə təzminat ödənməsi və başqa tələblər var.

Aprelin 10-da İslamabadda ABŞ və İran nümayəndə heyətlərinin iştirakı ilə danışıqların baş tutacağı gözlənilir. 

ABŞ nümayəndə heyətinə vitse-prezident Ceyms Vensin, İran heyətinə isə parlamentin sədri Məhəmməd Bağır Qalibafın rəhbərlik edəcəyi bildirilir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Zelenski: “Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu gəmini dronla vurub”

5 Oktyabr 2026

açıq mənbə

Rusiya ordusu Qara dənizin neytral sularında qarğıdalı daşıyan mülki gəmiyə iki dronla zərbə endirib. Bunu oktyabrın 5-də Ukrayna prezidenti Volodimir Zelenski "X” hesabında yazıb. Onun sözlərinə görə, Türkiyəyə məxsus olan hücum nəticəsində gəminin kapitanı ölüb. Zelenski gəmidə Azərbaycan və Hindistan vətəndaşlarının olduğunu qeyd edib. “Ukrayna vəziyyətin gərginliyinin azaldılması və Qara dənizdə təhlükəsizliyin təmin olunması üçün dəfələrlə konkret addımlar təklif edib. Üçüncü ölkələrin də bununla bağlı təklifləri olub. Amma Rusiya normal dəniz gəmiçiliyi əvəzinə ardıcıl olaraq terroru və mülki gəmilərin batırılmasını seçir. Qlobal ərzaq təhlükəsizliyini bərpa etmək üçün təzyiq lazımdır. Buna həqiqətən maraq göstərən hər kəs də yardım etməlidir”, - Zelenski...
Dünya

Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

2 Oktyabr 2026

sosial media

Yaponiya hakimiyyəti Rusiyaya qarşı növbəti sanksiyalar paketini tətbiq edib. Tokionun sanksiya siyahısına Rusiyadan 33 şirkət və 9 fiziki şəxs, həmçinin Türkiyə və BƏƏ-dən 4 şirkət daxil edilib. Yaponiya eyni zamanda Rusiya ilə əlaqəli olduğunu bildirdiyi 35 gəmiyə qarşı da məhdudlaşdırıcı tədbirlər tətbiq edib. Sanksiyalara VNIIR-Progress şirkətinin baş direktoru Vladislav Kostin və “Rostex” şirkəti rəhbərinin müavini Dmitri Lelikov da daxil edilib. Yaponiya Rusiyaya qarşı sonuncu sanksiyaları 12 sentyabr 2025-ci ildə, keçmiş baş nazir Şiqeru İşibanın hökuməti dövründə tətbiq etmişdi. Hazırkı baş nazir Sanae Takaçinin rəhbərlik etdiyi hökumət dövründə isə Rusiyaya qarşı yeni sanksiyalar qəbul edilməmişdi. Bundan bir müddət əvvəl Böyük Britaniya...

Seçilmiş Videolar

Toplum TV loqo