Dünya

Xamenei: "İranın nüvə proqramının amerikalılara nə aidiyyəti var?"

17 Fevral, 2026
171

Foto: açıq mənbə

İranın ali lideri Seyid Əli Xamenei ABŞ-nin ölkəsinə qarşı müharibəyə hazırlaşması xəbərləri fonunda çıxış edib. 

Fevralın 17-də Tehranda tərəfdarları qarşısında çıxış edən Xamenei ABŞ-nin İran körfəzində hərbi gəmilər cəmləşdirməsinə təhdidlə cavab verib. 

"Əlbəttə, hərbi gəmi təhlükəli bir hərbi texnikadır. Lakin həmin hərbi gəmidən daha təhlükəli olan şey, onu dənizin dibinə göndərə biləcək silahdır", - o qeyd edib. 

"ABŞ prezidenti daim deyir ki, onlar dünyanın ən güclü hərbi qüvvəsinə sahibdir. Amma dünyanın ən güclü hərbi qüvvəsi belə bəzən elə ağır zərbə ala bilər ki, bir daha ayağa qalxa bilməz", - o əlavə edib. 

Xamenei ABŞ prezidenti Donald Trampın bu yaxınlarda "47 ildir ABŞ İran İslam Respublikasını aradan qaldıra bilməyib" deməsinə də cavab verib, bunu "yaxşı bir etiraf" kimi qiymətləndirib. "Mən deyirəm: Siz də bunu bacara bilməyəcəksiniz", - o əlavə edib. 

Ali lider Tramp administrasiyasını ölkəsinin daxili işlərinə qarışmaqda ittiham edib. 

"Onlar deyirlər: “Raketlərinizi bu məsafə ilə məhdudlaşdırın.” Bunun sizə nə aidiyyəti var?! Müdafiə xarakterli silahlar olmadan bir ölkə düşmən tərəfindən əzilər. Dinc nüvə sənayesi müharibə üçün deyil, ölkəni idarə etmək üçündür — kənd təsərrüfatı, müalicə və səhiyyə, eləcə də enerjidən asılı olan hər şey üçün. Bu, millətin hüquqlarından biridir. Bunun amerikalılara nə aidiyyəti var?", - o sual edib. 

Fevralın 17-də Cenevrədə ABŞ və İran nümayəndələri arasında Omanın vasitəçiliyi ilə İranın nüvə proqramı üzrə danışıqlar keçirilib. 

İran xarici işlər naziri Abbas Əraqçi görüşdən sonra jurnalistlərə danışıqlarda irəliləyiş olduğunu deyib. 

"Fərqli ideyalar təqdim olunub, bu ideyalar ciddi müzakirə edilib, yekunda bəzi əsas prinsiplər üzrə ümumi anlaşma əldə edə bilmişik. Bundan sonra həmin prinsiplər üzrə hərəkət edəcək, potensial razılaşmanın mətnini hazırlayacağıq”, - o bildirib. 

Ekspertlər isə danışıqların dinc razılaşma ilə bitəcəyi barədə pessimistdir. 

ABŞ dövlət katibi Marko Rubio da ötən həftə müsahibəsində razılığın əldə olunmasını "çətin məsələ" adlandırıb. 

Tramp ötən ilin yanvarında prezidentlik səlahiyyətlərinə başlayanda İranla nüvə proqramı üzrə danışıqlara start verib. Danışıqlar bir neçə ay davam etsə də, iyunda İsrailin İrana qarşı başladığı münaqişə ilə danışıqlar nəticəsiz qalıb. 

Tramp administrasiyası İrandan nüvə proqramını tamamilə dayandırmağı tələb edir. İran rəsmiləri isə deyir ki, ölkənin nüvə silahı əldə etmək niyyəti yoxdur və nüvə proqramı mülki məqsədlər üçün nəzərdə tutulub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Gürcüstanda beş müxalifət partiyasının qadağan edilməsi üzrə məhkəmə başlayıb

23 Oktyabr 2026

Toplum TV

Gürcüstanın Konstitusiya Məhkəməsi ölkənin beş əsas müxalifət partiyasının qadağan olunması tələbi ilə verilən iddiaya baxmağa başlayıb. “OC Media”nın oktyabrın 22-də yaydığı məlumata görə, məhkəmə hakim “Gürcü Arzusu” partiyasının iddiasını təmin etsə, bu, müstəqil Gürcüstan tarixində görünməmiş siyasi vəziyyət yarada bilər. İddia Vahid Milli Hərəkat, “Dəyişiklik naminə koalisiya”, “Lelo”, “Gürcüstan naminə” və “Federalistlər” partiyalarını əhatə edir. Bu partiyalardan dördü 2024-cü il parlament seçkilərində baryeri keçib. “Federalistlər” isə seçkilərdə iştirak etməyib. “Gürcü Arzusu” bu siyasi qüvvələrin Vahid Milli Hərəkatla əlaqəli olduğunu və ölkədə sabitliyi pozmağa çalışdığını iddia edir. Hakim partiya öz mövqeyini parlament istintaq komissiyasının hesabatına əsaslandırır. Müxalifət və vətəndaş cəmiyyəti nümayəndələri...
Dünya

ABŞ məhkəməsi Trampın BBC-yə qarşı qaldırdığı iş üzrə dindirilməsinə qərar verib

23 Oktyabr 2026

sosial media

ABŞ federal məhkəməsi prezident Donald Trampın Britaniyanın BBC yayım şirkətinə qarşı qaldırdığı 10 milyard dollarlıq böhtan iddiası üzrə dekabrın 11-dək ifadə verməsi barədə qərar çıxarıb. Bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb. Magistrat hakim Enjolike Lett qərarı BBC-nin vəkillərinin Trampı məhkəmə prosesində ifadə verməyi gecikdirməkdə ittiham etməsindən sonra qəbul edib. BBC-nin vəkili Çarlz Tobin bildirib ki, sübutların toplanması üçün ayrılan müddətin başa çatmasına iki ay qalsa da, yayım şirkəti hələ Trampın ifadəsini ala bilməyib. Tərəflər Trampın oktyabrın 16-da ifadə verməsi barədə razılaşsalar da, prezident həmin tarixi “milli əhəmiyyətli məsələlər”lə əlaqədar ləğv edib. Tobinin sözlərinə görə, Tramp həmin gün Corciya...

Seçilmiş Videolar

Toplum TV loqo