sosial media
Yaponiya hakimiyyəti Rusiyaya qarşı növbəti sanksiyalar paketini tətbiq edib.
Tokionun sanksiya siyahısına Rusiyadan 33 şirkət və 9 fiziki şəxs, həmçinin Türkiyə və BƏƏ-dən 4 şirkət daxil edilib.
Yaponiya eyni zamanda Rusiya ilə əlaqəli olduğunu bildirdiyi 35 gəmiyə qarşı da məhdudlaşdırıcı tədbirlər tətbiq edib.
Sanksiyalara VNIIR-Progress şirkətinin baş direktoru Vladislav Kostin və “Rostex” şirkəti rəhbərinin müavini Dmitri Lelikov da daxil edilib.
Yaponiya Rusiyaya qarşı sonuncu sanksiyaları 12 sentyabr 2025-ci ildə, keçmiş baş nazir Şiqeru İşibanın hökuməti dövründə tətbiq etmişdi. Hazırkı baş nazir Sanae Takaçinin rəhbərlik etdiyi hökumət dövründə isə Rusiyaya qarşı yeni sanksiyalar qəbul edilməmişdi.
Bundan bir müddət əvvəl Böyük Britaniya da Rusiyaya qarşı 31 yeni sanksiyadan ibarət paket elan etmişdi. Sanksiyalar Rusiyanın mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan “kölgə donanması”na aid gəmiləri, Kremlə bağlı dezinformasiya şəbəkələrini, eləcə də bir sıra fiziki və hüquqi şəxsləri əhatə edib.
Britaniya hökuməti paketin qış ərəfəsində Rusiyaya iqtisadi təzyiqi artırmaq məqsədi daşıdığını bildirib.
Bu ilin iyulunda Avropa İttifaqı da Rusiyada dörd fiziki və beş hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib. Sanksiya siyahısına Rusiyanın “VK Company” (“VKontakte”) şirkəti və onun törəmə müəssisəsi olan “Communication Platform” daxil edilib.
Aİ bu şirkətlərin Federal Təhlükəsizlik Xidmətinin (FSB) nəzarəti altında fəaliyyət göstərdiyini və “Max App” mobil tətbiqini hazırlayıb idarə etdiyini bildirib.
İnternet və mobil rabitənin izlənilməsi üçün istifadə olunan SORM nəzarət sistemi ilə bağlı avadanlıq və proqram təminatı hazırlayan “Citadel”, “VAS Experts” və “Norsi-Trans” şirkətlərinə də sanksiya tətbiq olunub. Həmin şirkətlərdə rəhbər vəzifə tutan dörd şəxs də siyahıya salınıb.
Bununla Aİ-nin qlobal insan hüquqları sanksiyaları rejimi çərçivəsində siyahıya daxil edilən fiziki şəxslərin sayı 98-ə, hüquqi şəxslərin sayı isə 7-yə çatıb.
Sanksiyalar aktivlərin dondurulmasını, Aİ vətəndaşları və şirkətlərinin həmin şəxslərə və qurumlara maliyyə vəsaiti ayırmasının qadağan olunmasını, həmçinin Aİ ərazisinə giriş və tranzit məhdudiyyətlərini nəzərdə tutur.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
açıq mənbə
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”