Dünya

Zelenski: “Putini Türkiyədə gözləyəcəm”

12 May, 2025
192

açıq mənbədən götürülüb

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin birbaşa danışıqlar təklifini qəbul edib. 

Zelenski Ukraynanın danışıqlar üçün hər bir formata hazır olduğunu, özünün isə mayın 15-də Putini Türkiyədə gözləyəcəyini qeyd edib.

O, bunu mayın 11-də “X” səhifəsində yazıb.

“Ümid edirəm ki, Putin bu dəfə qoşulmamaq üçün bəhanələr axtarmayacaq”, - Zelenski bildirib. 

Ukrayna prezidenti əlavə olaraq mayın 12-dən etibarən “bütöv və qeyd-şərtsiz” atəşkəs gözlədiyini qeyd edib.

“Elə bir atəşkəs ki, diplomatiyaya lazımi zəmin yaratmaq üçün kifayət qədər uzun müddət davam etsin və sülhü əhəmiyyətli dərəcədə yaxınlaşdırsın. Bunu Ukrayna çoxdan təklif edib, bizim tərəfdaşlarımız təklif edir, bütün dünya da buna çağırır. Rusiyadan dəqiq cavab gözləyirik”, - Zelenski yazıb. 

Mayın 10-da Kiyevdə Zelenski ilə görüşən Fransa, Böyük Britaniya, Polşa və Almaniya liderləri Rusiyadan mayın 12-ə qədər atəşkəsə razı olmasını tələb ediblər və əks halda yeni sanksiyalarla hədələyiblər. ABŞ Prezidenti Donald Tramp da ölkəsinin sanksiyalara qoşulacağını deyib. 

Putin isə mayın 11-ə keçən gecə çıxış edərək Ukraynanı mayın 15-də Türkiyədə birbaşa danışıqlara çağırıb, atəşkəs mövzusuna isə toxunmayıb. 

Siyasi müşahidəçilər bunu Putinin atəşkəs tələbindən yayınmaq cəhdi kimi qiymətləndiriblər. 

Fransa, Almaniya və Polşa liderləri bildirib ki, atəşkəs qüvvəyə minmədən birbaşa danışıqlar ola bilməz.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Simonyan Rusiya televiziyalarının yayımının qadağasını təklif edir

2 İyul 2025

Foto: OC Media

Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə bildirib ki, hökumət Rusiya telekanallarının Ermənistanda yayımının qadağan edilməsini “ciddi müzakirə etməlidir”. O, baş nazir Nikol Paşinyanla Erməni Apostol Kilsəsi arasında davam edən mübahisə ilə bağlı Rusiyanın dövlət televiziyalarında dərc olunan son şərhlərə cavab olaraq bu bəyanatla çıxış edib. Bazar ertəsi Rusiyanın xarici işlər naziri Sergey Lavrov mübahisəni Ermənistanın daxili işi adlandırıb, lakin əlavə edib ki, “kanonik min illik Erməni Apostol Kilsəsinə edilən hücumlar ciddi narahatlıq doğurur”. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan cavabında Lavrovu “Ermənistanın daxili işlərinə və daxili siyasətinə qarışmaqdan çəkinməyə” çağırıb. “Ermənistanın daxili işlərinə qarışmağa imkan verən kanallar varsa, bəlkə də...
Dünya

Tramp: İsrail Qəzzada 2 aylıq atəşkəslə bağlı razılığa gəlib 

2 İyul 2025

Foto: EPA

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında iki aylıq atəşkəslə bağlı razılığa gəldiyini xəbər verib.  İyulun 1-də “Truth Social” sosial şəbəkəsində xəbəri açıqlayan Tramp atəşkəs dövründə ABŞ-ın müharibəni sonlandırmaq üçün bütün tərəflərlə birgə işləyəcəyini yazıb.  “Qətərlilər və misirlilər sülhə nail olmaq üçün çox çalışıblar, onlar bu son təklifi çatdıracaqlar. Ümid edirəm  HƏMAS bu razılaşmanı qəbul edəcək, çünki onlar üçün vəziyyət daha yaxşı olmayacaq — Yalnız daha da pisləşəcək”, - Tramp yazıb. Qəzza zolağına nəzarət edən HƏMAS qruplaşması xəbərə hələ ki reaksiya verməyib. HƏMAS rəsmiləri daha öncə atəşkəs üçün şərtin İsrailin zolağı tamamilə tərk etməsi olduğunu bildirib.  2023-cü ilin oktyabrından Qəzza zolağını...

Seçilmiş Videolar

slide 3 of 6

Davamlı Mövzular

slide 7 to 10 of 8
Toplum TV loqo