Zelenski: “Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu gəmini dronla vurub”
açıq mənbə
Rusiya ordusu Qara dənizin neytral sularında qarğıdalı daşıyan mülki gəmiyə iki dronla zərbə endirib.
Bunu oktyabrın 5-də Ukrayna prezidenti Volodimir Zelenski "X” hesabında yazıb.
Onun sözlərinə görə, Türkiyəyə məxsus olan hücum nəticəsində gəminin kapitanı ölüb.
Zelenski gəmidə Azərbaycan və Hindistan vətəndaşlarının olduğunu qeyd edib.
“Ukrayna vəziyyətin gərginliyinin azaldılması və Qara dənizdə təhlükəsizliyin təmin olunması üçün dəfələrlə konkret addımlar təklif edib. Üçüncü ölkələrin də bununla bağlı təklifləri olub. Amma Rusiya normal dəniz gəmiçiliyi əvəzinə ardıcıl olaraq terroru və mülki gəmilərin batırılmasını seçir. Qlobal ərzaq təhlükəsizliyini bərpa etmək üçün təzyiq lazımdır. Buna həqiqətən maraq göstərən hər kəs də yardım etməlidir”, - Zelenski deyib.
Hadisənin Qara dənizdə, Rumıniya sahillərindən təxminən 20 dəniz mili aralıda baş verdiyi bildirilir.
Rumıniya mediasının ilkin məlumatına görə, gəmi “Royad Mammadov” adlanır, daha əvvəl Ukraynanın İzmail limanına daxil olub.
Azərbaycan və Türkiyə rəsmiləri hadisə ilə bağlı hələlik açıqlama verməyiblər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
sosial media
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”