İqtisadiyyat

Ekspert: "İqtisadi artım yoxdursa, vergi necə arta bilər?"

7 May, 2021
2806

Açıq mənbələrdən götürülüb

Maliyyə Nazirliyində “Vergi və gömrük sahəsində verilmiş güzəştlərə dair “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi” yaradılıb. 

Yaradılan sistemə Dövlət Vergi Xidmətinin “Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi” və Dövlət Gömrük Komitəsinin “Gömrük Xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi” inteqrasiya olunaraq müvafiq məlumatlara çıxış imkanı təmin edilib.

Rövşən Ağayev: "Yeni yaradılan sistem tədqiqatçılara və mediaya açıq olmalıdır"

İqtisadçı Rövşən Ağayev “Toplum TV”-yə deyib ki, yeni yaradılan sistem tədqiqatçılara və mediaya açıq olmalıdır: “Çox istəyərdim ki, bu sistem tədqiqatçılara, mediyaya və başqalarına açıq olsun. Bu reyestrə daxil olaraq, kommersiya sirri kimi şirkətlərin adını görməsələr belə, il ərzində nə qədər insanın güzəşt qazandığını, hansı sahələrə güzəşt edildiyini və dövlət büdcəsi bu güzəştlər ilə nə qədər verigini almadığını görsünlər. O halda biz iqtisadiyyatın qazanıb qazanmadığını alternativ qiymətləndirə biləcəyik”.

Rövşən Ağayev - Sosial Media

Ekspertin fikrincə, yeni sistem iqtisadi göstəricilər üçün olduqca vacibdir və düzgün istifadə edilərsə, faydalı olacaq: “Məsələ ondadır ki, çoxlu sayda vergi güzəştləri var, amma bu vergi güzəştlərinin nə qədər subyektin istifadə etməsi, verilən güzəştlərin ümumi dövriyyəsi, nəticədə bütcənin nə qədər itirməsi haqqında indiyə qədər məlumat yox idi. Həmçinin reyestrın olmaması qiymətləndirmə aparmağa da mane olurdu. Əgər güzəşt verilirsə, bunun qazancı da olmalıdır. İstənilən hökumət sahibkara güzəşt verəndə bunun qarşılığında iqtisadiyyatın irəliləyəcəyini ümid edir. İlin sonunda verilən güzəştlərdən iqtisadiyyatın nə qədər qazandığını, hansı sahələrin irəlilədiyini, nə qədər subyektin bu imkanlardan yararlandığını görmək üçün reyster sistemi olduqca vacibdir. Buna görə də hökumət belə bir reyestr yaradır”. 

Toğrul Maşallı: “Problem vergi və gömrüyün tətbiqindədir”

İqtisadçı Toğrul Maşallı isə yeni yaradılan sistemin nəzarət xarakterli olmadığını deyir: “Bundan əvvəl də nəzarət hökumətdəydi. Məsələ burasındadır ki, insanlar bu və ya digər formada güzəştlər barədə özləri öyrənməli idilər. İndi reyestr yaradıblar ki, hər kəs oradan məlumat ala bilsin. Bu daha çox xidmət səviyyəsinə hesablanıb”.

Toğrul Maşallı - Sosial Media

Ekspert hesab edir ki, problem güzəştlərin tətbiqində yox, gömrük və vergi sistemindədir: “Düşünürəm ki, bəzi sahələrdə güzəştlərin tətbiqi vacib də deyil. Çünki güzəştlər bütün sahələri yox, bəzi istiqamətləri əhatə edir. Problem vergi və gömrüyün tətbiqindədir. Hər iki sahədə ciddi problemlər müşahidə edilir. Gömrük Komitəsi və Vergilər Xidməti özbaşına qərarlar verir. Məsələn, iqtisadi artım olmadığı halda, Vergi Xidməti deyir ki, vergilərin yığımı artıb. Artım olmadığı halda, vergi necə arta bilər? Bu, mümkün deyil və paradoksal haldır”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Nazirlik pulu ödənməyən pambıqçılara: “Məhkəməyə müraciət edə bilərlər”

8 Oktyabr 2026

sosial media

Kənd Təsərrüfatı Nazirliyi bu yaxınlarda Salyan rayonunda 100-dən çox pambıqçının sosial mediada ictimailəşdirdiyi şikayətinə cavab verib.  Pambıqçılar paylaşdıqları videomüraciətdə "Aztəsərrüfat" şirkətinə təhvil verdikləri məhsulun pulunu bir ildir ala bilmədiklərini və dövlət qurumlarının onların şikayətinə cavab vermədiyini bildirmişdi.  Nazirlik isə oktyabrın 8-də yaydığı açıqlamada qeyd edib ki, pambıq şirkətləri özəl müəssisələrdir və nazirliyin tabeliyində fəaliyyət göstərmirlər. “Müqavilə şərtlərinin pozulması halında tərəflər qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər. Pambıq tədarükü ilə məşğul olan şirkətlər tərəfindən təhvil alınmış məhsulun dəyərinin ödənilməməsi ilə bağlı yaranan mübahisələrin hüquqi müstəvidə həlli məqsədilə pambıq istehsalçılarının da məhkəməyə müraciət etmə hüquqları var”,...
İqtisadiyyat

Məsafədən kredit götürmək istəyənlər üçün yeni qayda: Vəsait dərhal verilməyəcək

30 Sentyabr 2026

sosial media

Azərbaycanda məsafədən istehlak kreditlərinin verilməsi ilə bağlı yeni tələblər müəyyənləşdirilib. Azərbaycan Mərkəzi Bankının qərarına əsasən, vətəndaşlar banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) yazılı müraciət etməklə məsafədən istehlak krediti götürməyə və ya kredit limitini artırmağa məhdudiyyət qoya biləcəklər. Bu məhdudiyyət yalnız müştərinin bankda şəxsən iştirakı, gücləndirilmiş elektron imzası və ya gücləndirilmiş müştəri autentifikasiyası ilə etdiyi yazılı müraciət əsasında ləğv olunacaq. Yeni qaydalara görə, banklar və BOKT-lar kredit verməzdən əvvəl müştərinin belə bir məhdudiyyət qoyub-qoymadığını həm öz informasiya sistemləri, həm də kredit bürosu vasitəsilə yoxlamalıdır. Məhdudiyyət tətbiq edən şəxslə məsafədən kredit müqaviləsi bağlamaq və ya onun kredit limitini artırmaq mümkün olmayacaq....

Seçilmiş Videolar

Toplum TV loqo