İqtisadiyyat

Azərbaycan ötən il “Formula 1”-ə 168 milyon manat xərcləyib

27 May, 2025
152

Foto: president.az

Ötən il dövlət büdcəsindən “Formula 1 Azərbaycan Qran-Prisi” üçün 168 milyon manat vəsait xərclənib.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 27-də keçirilən iclasında 2024-cü il dövlət büdcəsinin icrası barədə illik hesabatda əksini tapıb.
        
Hesabata görə, digər tədbirlər üzrə büdcədən ayrılan vəsait 1 milyon manatdan az olub.

2024-cü il dövlət büdcəsindən ümumilikdə beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlər üçün 195,9 milyon manat məbləğində vəsait istifadə edilib.

2016-cı ildən bəri "Formula 1" yarışlarına ev sahibliyi edən Azərbaycan bu yarışların təşkilinə milyon manatlarla vəsait xərcləyir. 

Lakin ümumilikdə rəqəmlərin detalları ictimaiyyətə açıqlanmır.

Təkcə 2023-cü ildə dövlət büdcəsindən beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlərin maliyyələşdirilməsi üçün 208.9 milyon manat ayrılıb.

Rəsmilər, bir qayda olaraq, vurğulayırlar ki, beynəlxalq idman yarışları ölkəyə xeyli turist cəlb edir, büdcəyə milyonlarla gəlir gətirir. 

Bəzi ekspertlər də gəlirin qazancdan dəfələrlə az olduğunu iddia edirlər.

Tənqidçilər isə bildirirlər ki, bu vəsait təhsil, səhiyyə, regional inkişaf kimi daha vacib sahələrə yönəldilə bilərdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

İqtisadiyyat

Azərbaycanda bütün gəlirlərin 14%-i ən zəngin 1%-ə çatır

31 May 2025

Foto: açıq mənbədən götürülüb

“Azərbaycanda gəlir bərabərsizliyi getdikcə dərinləşir” Birləşmiş Millətlər Təşkilatının (BMT) 2025-ci il üzrə İnsan İnkişafı Hesabatında Azərbaycanda gəlir bölgüsü ilə bağlı maraqlı bir məlumat yer alıb.  Sənədə görə, əhalinin əhalinin əldə etdiyi bütün gəlirlərin 14 faizi ən zəngin 1 faiz əhali qurupuna çatır.  Bu rəqəmin nə dərəcədə reallığı əks etdirməsi ayrıca müzakirə və araşdırma mövzusudur.  Lakin məsələni maraqlı edən əsas məqam budur ki, Azərbaycanın rəsmi statistik hesabatlarından heç birində ölkədə sərvət və gəlir bərabərsizliyi ilə bağlı məlumatlar mövcud deyil.  BMT-nin bu göstəricini haradan əldə etdiyi xeyli diqqət cəlb edir. Hesabata görə, həmin göstərici Rusiyada 24 faiz, Qazaxıstan və Ermənistanda 15 faiz,...
İqtisadiyyat

Ekspert: "Hökumətin fəaliyətsizliyi nəticəsində kənd təsərrüfatımız batıb”

21 May 2025

Foto: agro.gov.az

Bu ilin ilin yanvar-aprel aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 11,9% artıb. Dövlət Gömrük Komitəsinin məlumatında belə deyilir. Məlumata görə, 2024-cü ilin ilk dörd ayında ölkəyə 773 milyon 337 min dollar dəyərində yeyinti məhsulları idxal edildiyi halda, 2025-ci ilin eyni dövründə bu göstərici 866 milyon 122 min dollara yüksəlib. Bu da əvvəlki illə müqayisədə 92 milyon 785 min dollar əlavə artım deməkdir. Məlumatı özünün “Facebook” səhifəsində şərh edən kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli, son illərdə yeyinti məhsullarının idxalında davamlı artım müşahidə olunduğunu vurğulayıb. Mütəxəssis qeyd edib ki, son 5 ildə idxal 63,3%,...

Seçilmiş Videolar

Toplum TV loqo