sosial media
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda bankların verdikləri kreditlər üzrə faiz gəlirləri 2 milyard 982,6 milyon manat olub.
“Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,2 faiz çoxdur.
Sentyabrın 1-nə bankların kredit portfelinin ümumi həcmi 32 milyard 824,2 milyon manat təşkil edib.
Bu məbləğin 17 milyard 822,9 milyon manatı biznes, 10 milyard 261,2 milyon manatı istehlak, 4 milyard 740,2 milyon manatı isə ipoteka kreditlərinin payına düşüb.
“Toplum TV”nin daha əvvəl Mərkəzi Bankın məlumatları əsasında dərc etdiyi təhlildə bankların əmanətlər üzrə faizləri azaltdığı halda, kreditləri bahalaşdırdığı göstərilib. Belə ki, 2024–2025-ci illərdə manatla depozitlər üzrə orta faiz dərəcəsi 8,3 faizdən 6,5 faizə enib, kreditlər üzrə isə 16,6 faizdən 17,7 faizə yüksəlib. Yəni bankların cəlb etdiyi vəsait ucuzlaşsa da, müştərilərə verdikləri kreditlər bahalaşıb.
İqtisadçı Vahid Məhərrəmli isə avqustda “Toplum TV”yə açıqlamasında əhalinin borclanmasını işsizlik, aşağı əməkhaqları və artan gündəlik xərclərlə əlaqələndirib. Onun sözlərinə görə, insanlar zəruri ehtiyaclarını qarşılamaq üçün kredit götürür, sonradan isə borclarını ödəməkdə çətinlik çəkirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
2027-ci ilin büdcə proqnozu: Neft gəlirləri azalır, vergi gözləntiləri artır
Yeni dövlət proqramı Azərbaycanın ərzaq təhlükəsizliyini təmin edə bilərmi?
president.az
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”