İqtisadiyyat

Prezident: Azərbaycan Avropaya da elektrik enerjisi ixracı planlaşdırır

1 İyun, 2022
2281

president.az

"Neft tədarükü artmaqdadır, indi Azərbaycan həm də başqa ölkələr üçün mühüm tranzit imkanları təmin edir. Bu potensialdan da maksimum dərəcədə istifadə etmək olar”.

Prezidentin mətbuat xidmətinin məlumatına görə, bunu bu gün, iyunun 1-də Bakı Enerji Həftəsi çərçivəsində Xəzəryanı regionun energetika sektorunda ən böyük tədbir – 27-ci Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas” 2022 sərgisinin açılış mərasimində prezidenti İlham Əliyev bildirib.

İlham Əliyev təəssüflə bildirib ki, Azərbaycanın mühüm tranzit ölkə kimi imkanları potensial tədarükçülər tərəfindən lazımi səviyyədə qiymətləndirilməyib. “Düşünürəm ki, indi onlar fikirlərini dəyişiblər, çünki hamı başa düşür ki, diversifikasiya enerji təhlükəsizliyinin mühüm amillərindən biridir. Biz enerji strategiyamızın ilk günündən şaxələndirmə üzərində çalışırıq. Ona görə də biz ixrac marşrutlarını şaxələndirmişik. Müxtəlif istiqamətlərdə üç neft kəməri, müxtəlif istiqamətlərdə dörd qaz kəməri, elektrik xətlərimiz var və qonşu ölkələrə elektrik enerjisi ixrac edirik”, - deyə, dövlət başçısı bildirib.

Prezident Azərbaycanın Avropaya da elektrik enerjisinin ixracını planlaşdırdığını qeyd edib: “Bunun üçün biz təkcə yüklərin deyil, həm də elektrik enerjisinin nəql edilməsi üçün vacib nəqliyyat marşrutu ola biləcək Zəngəzur dəhlizini aktivləşdirmək istəyirik. Biz bunun üzərində işləyirik və artıq praktiki investisiyalara başlamışıq.Odur ki, şaxələndirmə hamı üçün vacibdir. Ona görə də hesab edirəm ki, Azərbaycanın etibarlı tranzit potensialını az qiymətləndirənlər indi fikirlərini dəyişəcəklər. Biz bunun ilkin siqnallarını görürük və köməyə ehtiyacı olan hər kəsə kömək etməyə hazırıq, çünki siyasi iradəmiz var, siyasətimiz həmişə körpü qurmaq, əməkdaşlığı gücləndirmək məqsədi daşıyır və əlavə olaraq bunun üçün infrastrukturumuz var".

İlham Əliyev onu da əlavə edib ki, Azərbaycanın yeni dəniz limanı, bütün istiqamətlərlə birləşdirən dəmir yolları, magistral yolları, beynəlxalq hava limanları var. «Üç beynəlxalq hava limanının tikintisini başa vurduqdan sonra, qeyd edim ki, onlardan birinin tikintisi işğaldan azad edilmiş ərazilərdə tamamlanıb, onların sayı doqquz olacaq və həmçinin coğrafi mövqeyimiz buna imkan verir. Ona görə də biz neft və qaz sahəsində gələcək əməkdaşlığımızı daha da genişləndirməyi planlaşdırarkən Azərbaycanın tranzit potensialını da nəzərə almalıyıq”, - dövlət başçısı deyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

İqtisadiyyat

Azərbaycanda bəzi siqaretlər bahalaşdı

23 İyul 2025

Foto: açıq mənbə

Bu gündən Azərbaycanda bəzi tütün məmulatlarının qiymətinin bahalaşdığı bildirilir. Bu barədə “Trend”-ə siqaret satışı ilə məşğul olan şəxslər məlumat verib. Bildirilib ki, artıq bu barədə siqaret satışını həyata keçirən şirkətlər onları məlumatlandırıb. Məlumata görə, “Keno” markalı siqaretlərin “boz nazik” və kompakt çeşidinin qiyməti 0,20 qəpik bahalaşıb. Ötən ilin dekabrın 27-də Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, tütün və bu qəbildən olan məhsullara tətbiq edilən aksiz dərəcələri artırılmışdı. 2025-ci ilin yanvar ayından etibarən aksiz rüsumlarının artırılması qüvvəyə mindi.
İqtisadiyyat

Rayonlar üzrə müəllim sayı niyə “dövlət sirri” kimi gizli saxlanır?

11 İyul 2025

Foto: edu.gov.az

Elm və təhsil naziri Emin Əmrullayevin müəllimlərin məvaciblərinin məbləği ilə bağlı açıqladığı statistika çox vacib olan, ictimaiyyətdən gizlədilən başqa bir önəmli statistikanın əhəmiyyətini yenidən diqqət mərkəzinə gətirib.  Söhbət ölkənin rayon və şəhərləri üzrə orta məktəb müəllimlərinin sayından gedir. Açıq statistik mənbələrdə bölgələr üzrə həm şagirdlərin, həm də məktəblərin sayı barədə müntəzəm rəqəmlər açıqlanır. Amma  müəlimlərin sayı açıq informasiya kimi cəmiyyət üçün əlçatan deyil.    Emin Əmrullayevin son açıqlamasına görə, ölkədə bütün orta məktəb müəllimlərinin 14 faizi və ya 17 min nəfərinin aylıq maaşı 500 manatdan aşağıdır. Bu kateqoriyadakı müəllimlərin dərs yükü 8 saatdır.  Halbuki, qanunvericiliyə görə, tam stavka ilə işləmək...

Seçilmiş Videolar

Toplum TV loqo