Multimedia

Rauf Mirqədirov: Ümid edirəm, Əliyev duruş gətirəcək

31 oktyabr, 2022
2595

İkinci Qarabağ Müharibəsi 2 ildir, başa çatıb. Tərəflərsə hələ də sülhə nail ola bilmirlər.

Müxtəlif vaxtlarda Rusiya və Avropa İttifaqı Şurası prezidentlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərlərinin görüşləri təşkil olunub. 

Elə sonuncu görüş də bu gün Soçidə baş tutub. 

Siyasi şərhçi Rauf Mirqədirov deyir ki, hazırda Azərbaycanın manevr imkanları daha genişdir. Yəni regionun gələcəyinin böyük bir hissəsi İlham Əliyevdən asılıdır.


 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Multimedia

 

Hökumət müəllimlərin əməkhaqlarının artdığını deyir, bəs reallıq necədir?

24 noyabr 2026
Hazırda Fransada yaşayan siyasi fəal Qulu Məmmədli 2010-cu ildən ötən ilin sentyabrına qədər Sabirabad rayonunda ümumi orta təhsil məktəbində tarix müəllimi kimi çalışıb. O xatırlayır ki, müəllim fəaliyyətinə başladığı vaxt aldığı əməkhaqqı təxminən 200 manat olub, sonrakı illərdə bu məbləğ tədricən artırılaraq 452 manata çatdırılıb.
Multimedia

 

Türkiyəli deputat parlamentdə "Tərtər işi"ndən danışıb

23 noyabr 2026
Türkiyə Böyük Millət Məclisinin üzvü Ömər Faruk Gərgərlioğlu növbəti dəfə Azərbaycan hakimiyyətini tənqid edib. Azərbaycanda dövlət məktəblərində hicab qadağasını tənqid etdiyinə görə Xarici İşlər Nazirliyi tərəfindən qara siyahıya salınan millət vəkili bu dəfə çıxışında "Tərtər hadisələri"ndən danışıb.

Seçilmiş Videolar

Toplum TV loqo