Siyasət

Putin, Paşinyan, Əliyev bu dəfə də Qarabağla bağlı razılığa gələ bilmədilər

31 Oktyabr, 2022
2445

Sosial media

Bu gün Soçidə baş tutan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünün yekunları üzrə birgə bəyanat dərc olunub.

"Bu gün biz birgə bəyanatla razılaşdıq. Açığını deməliyəm ki, heç də hər şey razılaşdırılmayıb. Əvvəllər işlənmiş mətndən bəzi şeylər çıxarılmalı idi. Buna baxmayaraq, görüşün keçirildiyi barədə ümumi qiymətləndirmə ilə razıyam", - deyə Putin bildirib.

Putin əlavə edib ki, Rusiya öz növbəsində Azərbaycanla Ermənistan arasında münasibətlərin tam normallaşmasına nail olmaq üçün hər şeyi edəcək.

Rusiya prezidenti bəyanatın bütövlükdə vəziyyətin həlli üçün növbəti addımların atılmasına şərait yaratdığını deyib. Amma bununla belə sənəddə Qarabağla bağlı bir söz belə qeyd olunmayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

ATƏT-in Minsk Qrupu buraxılıb

1 Sentyabr 2025

Foto: açıq mənbə

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurası Dağlıq Qarabağ münaqişəsinin həllindən məsul olan Minsk Qrupunun buraxılmasına qərar verib.  Bu barədə sentyabrın 1-də ATƏT-in sədri Elina Valtonen və baş katibi Feridun Sinirlioğlu bəyanatlarında bildiriblər.  Onlar Azərbaycan və Ermənistanın birgə müraciətindən sonra Minsk Qrupu və əlaqədar strukturların bağlanmasına dair Nazirlər Şurasının qərarının qəbulunu müsbət qarşılayıblar.  “Ermənistan və Azərbaycana sülh və münasibətlərin normallaşdırılması istiqamətində əldə etdikləri tarixi razılaşmalar və onların sürətli icrasına başlamaq barədə qətiyyətli qərarlarına görə bir daha səmimi təbriklərimi çatdırmaq istəyirəm. Mən onların Birgə Müraciətinə dərhal cavab verdim və bu prosesdəki əla əməkdaşlıqlarına görə tərəflərə dərin minnətdarlığımı bildirmək istəyirəm. Həmçinin,...
Siyasət

Ermənistan və Pakistan diplomatik münasibətlər qurub

1 Sentyabr 2025

Foto: X

Avqustun 31-də Çinin Tiancin şəhərində Ermənistan və Pakistan arasında diplomatik münasibətlərin qurulması haqqında kommunike imzalanıb.  Sənədi Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Pakistan xarici işlər naziri İşıq Dar imzalayıblar.  Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatına görə, hər iki dövlət BMT Nizamnaməsinə uyğun olaraq "dostluq münasibətlərini inkişaf etdirmək niyyətindədir".  "Bu, suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət, təcavüz etməmək, bir-birinin daxili işlərinə qarışmamaq, bərabərlik, qarşılıqlı fayda və sülh içində birgə yaşamaq prinsiplərini əhatə edir", - deyə qeyd olunub.  Ermənistan XİN əlavə edib ki, iki dövlət diplomatik münasibətlərin həyata keçirilməsi üçün "zəruri olan bütün yardımı qarşılıqlı əsasda, 1961-ci il Diplomatik Münasibətlər haqqında...

Seçilmiş Videolar

Toplum TV loqo