Məhkəmə

Məhəmməd Mirzəliyə hücumda ittiham olunan şəxsə 10 il cəza verildi

4 İyun, 2025
208

Foto: Azadlıq Radiosu

Fransada yaşayan azərbaycanlı bloger Məhəmməd Mirzəliyə hücum planlamaqda ittiham olunan şəxsə 10 il həbs cəzası verilib. 

İyunun 3-də Fransa məhkəməsi Azərbaycan vətəndaşı Xəyyam Haqverdiyevə 10 il hökm oxuyub. O, 2022-ci ildə Mirzəliyə qarşı sui-qəsd planlamaqda təqsirləndirilib. 

43 yaşlı Haqverdiyev 2022-ci ilin iyununda Fransa polisi tərəfindən həbs olunub. Onun avtomobilində tapança, bıçaq, xəncər və Mirzəlinin yaşayış ünvanını göstərən GPS aləti olduğu bildirilir.

Təqsirləndirilən şəxs məhkəməyə Mirzəlini tanımadığını və Fransaya maşın alqı-satqısına gəldiyini deyib. 

Məhkəmə onun ifadəsinə inandırıcı hesab etməyib.

Mirzəli “Facebook” hesabında məhkəmənin qərarının təkcə onun yox, “bütün söz azadlığına inanan şəxslər üçün” qələbə olduğunu yazıb. 

“Mənim səsimi kəsmək, hədə-qorxu gəlmək, aradan qaldırmaq istəyənlər bilsin ki, sözün gücü sonda həmişə qalib gələcək. Mənim həyatım təhlükədə idi, amma mən sağam, buradayam və həmişəkindən daha güclüyəm”, - o əlavə edib. 

Mirzəli əvvəlki illərdə iki dəfə sui-qəsdə məruz qalıb. Ona 2021-ci ildə 9 nəfər tərəfindən bıçaqlı hücum olunub. Saxlanılan şəxslərin işi Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

2020-ci ildə isə blogerə silahlı hücum olunub və o, yüngül xəsarət alıb. 

Mirzəli Azərbaycan hakimiyyətinin tənqidçisi kimi tanınır. İyunun 3-də Binəqədi rayon Məhkəməsində onun barəsində axtarışa verilməklə həbs qətimkan tədbiri seçilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Aynur Elgünəş Mirsaleh Seyidova: "Övladım bildiyim varlığa həsrət qoymağınız mübarizə metodu deyil"

5 İyun 2025

Foto: Toplum TV

“Meydan TV”-nin həbsdə olan baş redaktoru Aynur Qəmbərova (Elgünəş) Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidova açıq məktub yazıb.  O, məktubunda Maks adlı iti ilə təcridxanada görüşməsinə icazə verilməsini tələb edir və bununla bağlı artıq üçüncü dəfədir müraciət etdiyini deyir.  Jurnalist bildirir ki, əvvəlki müraciətinə qeyri-rəsmi şəkildə “yox” cavabı verilib, bu isə onu qane etmir.  “Qanunvericilikdə Maksla görüşməyimi qadağan edən heç bir müddəa yoxdur. Şəxsi həyat və heyvan haqları baxımından da bizim görüşməyimiz arzuolunandır. Lakin siz heç bir əsas gətirmədən bizim görüşümüzə icazə vermirsiz. Halbuki bu görüş şəxsi və ictimai baxımdan təhlükəli deyil, narahatlığa səbəb olmur. Siz bu qadağanızla mənim mənəvi əzab...
Məhkəmə

Əli Zeynal təcridxanadakı vəziyyəti ictimailəşdirdiyinə görə təhdid olunub 

5 İyun 2025

Foto: sosial media

“Toplum TV işi” üzrə həbsdə olan, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Əli Zeynal saxlandığı Bakı İstintaq Təcridxanasındakı vəziyyəti ictimailəşdirdiyinə görə təhdid olunub.  O, bunu iyunun 5-də telefon zəngi ilə yaxınlarına deyib.  Ə.Zeynal bildirib ki, təcridxana işçiləri bundan əvvəlki zəng imkanını əlindən alıblar, buna səbəb kimi isə onun Ədliyyə naziri Fərid Əhmədova ünvanladığı açıq məktub və təcridxanadakı vəziyyəti ictimailəşdirməsi göstərilib.  Ə.Zeynalın sözlərinə görə, ona deyilib ki, təcridxanadakı vəziyyəti ictimailəşdirməyə davam edəcəyi halda onun üçün “daha pis olacaq”.  Ə.Zeynal məktubunda təcridxanadakı saxlanma vəziyyətinin çox pis olduğunu, kanalizasiya sularının axdığını və siçanların dolaşdığını yazıb.  Vəkili Rəsul Cəfərov Toplum TV-yə bildirib ki, Ə.Zeynalın şikayətləri ilə...

Seçilmiş Videolar

Toplum TV loqo