DTX: “İŞİD-lə əlbir olub səfirliyə qarşı hücum planlayan şəxslər saxlanılıb”
Foto: Dövlət Təhlükəsizlik Xidməti
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycan vətəndaşı olan üç şəxsin ölkədəki xarici səfirliklərdən birinə hücum etməyə hazırlaşarkən saxlanıldıqları barədə məlumat yayıb.
İddia olunan hücumun hansı səfirliyə qarşı planlaşdırıldığı açıqlanmayıb.
Saxlanılan şəxslərdən ikisinin 20, birinin 25 yaşı olduğu vurğulanıb. Məlumatda həm də deyilir ki, onlar İŞİD terror təşkilatının “Vilayəti-Xorasan” silahlı qruplaşmasının üzvləri ilə əlbir olublar.
Saxlanılanların Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3 və 28, 214.2.6 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə, dini düşmənçilik zəminində terrorçuluğa hazırlıq) maddələri ilə təqsirləndirildiyi və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçildiyi bildirilir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Foto: açıq mənbə
Akif Qurbanovla müsahibə: “‘Tək adam’ rejiminin sahibi Əliyevi daşı ətəyindən tökməyə səsləyirəm”
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
İcra hakimiyyəti: "Bayırşəhərdə binaların memarlıq abidələri siyahısından çıxarılması üçün tədbirlər görülür"
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib