Həbsdə olan bloger: "Rəis dedi, elə etmə ki, növbəti öldürülən məhbus sən olasan"
Foto: sosial media
Həbsdə olan bloger Rəşad Ramazanov saxlanıldığı 11 saylı Cəzaçəkmə Müəssisəsində işgəncəyə məruz qaldığını və ağrılardan əziyyət çəkdiyini bildirib.
O, bunu "Qəzetçi"yə ünvanladığı məktubda qeyd edib.
R.Ramazanov iddia edib ki, cəzaçəkmə müəssisəsinin rəisi Şakir Qəniyev tərəfindən "qəddarcasına döyülüb".
“Şiddətli ağrılarım var. O dərəcədə ağrıyıram ki, zarıyıram və yanımda yatan məhkumlar səsimdən narahat olurlar. Rəis isə mənə deyir ki, 'Qənimət Zahidə verdiyin müsahibədə 3 nəfər məhkumun öldürüldüyünü demisən, elə etmə ki, dördüncüsü sən olasan'", - o, məktubunda yazıb.
O əlavə edib ki, Ş.Qəniyev tək siyasi məhbus kimi tanınan şəxslərə qarşı yox, digər məhbuslara qarşı da "ləyaqəti alçaldan hərəkətlərə yol verir".
"Ədliyyə naziri Fərid Əhmədov dəfələrlə bəyan edib ki, məhkumları təhqir etmək, onlara işgəncə vermək cinayət tərkibi yaradan əməldir və belə əməl törədən şəxslər kimliyindən asılı olmayaraq cəzalandırılacaq. Yalnız Şakir Qəniyevin hələ də işinin başında olması Fərid Əhmədovun yalançı olduğunu sübut edir”, - R.Ramazanov bildirib.
R.Ramazanov 2022-ci il mayın 20-də saxlanılıb və Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham olunub. O, ittihamları rədd edib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.
2024-cü ilin fevralında məhkəmə onu 5 il 4 ay müddətinə azadlıqdan məhrum edib.
Bloger 2013-cü ilin mayında da həbs olunmuşdu və külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi ittihamı ilə 9 il azadlıqdan məhrum edilmişdi. O, 2019-cu ildə prezidentin əfv sərəncamı ilə azadlığa çıxmışdı.
Cəzaçəkmə müəssisəsinin rəhbərliyinin və Penitensiar Xidmətin mövqeyini dərc etməyə hazırıq.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Foto: açıq mənbə
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"
Bayırşəhərdə 133 yaşlı memarlıq abidəsi sökülür
Nazir universitetlərdə təhsil haqlarının artırılmasını istəyir?