Manşet

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşının sərbəst buraxıldığı bildirilir 

31 oktyabr, 2025
114

Foto: açıq mənbə

Monteneqronun paytaxtı Podqoritsada bıçaqlanma hadisəsi ilə əlaqədar saxlanılan Azərbaycan vətəndaşının sərbəst buraxıldığı bildirilir. 

"APA"-nın xəbərinə görə, sözügedən şəxs oktyabrın 30-u axşam saatlarında sərbəst buraxılıb. Xəbərdə deyilir ki, polis müşahidə kameralarına baxıb və Azərbaycan vətəndaşının hadisə baş verərkən yaşadığı evdə olduğu məlum olub. 

Oktyabrın 31-də, həmçinin, Monteneqro ombudsmanı Sinişa Bjekoviç saxlanılan Azərbaycan vətəndaşı ilə bağlı ombudsman Səbinə Əliyevanın məktubuna cavab ünvanlayıb.

Monteneqro ombudsmanı "məsələnin nəzarətə götürüldüyünü, bununla əlaqədar həmin ölkənin polis idarəsi ilə birbaşa əlaqə yaratdığını və saxlanılmış Azərbaycan vətəndaşına qarşı xüsusi həssaslıqla davranıldığını" bildirib.

Oktyabrın 25-də yerli media Podqoritsa şəhərində bir Monteneqro vətəndaşının mübahisə zəminində bıçaqlandığını, buna görə bir Türkiyə və bir Azərbaycan vətəndaşının şübhəli qismində saxlanıldığını xəbər verib. 

Növbəti gün isə onlarla yerli sakinin Türkiyə nömrəli avtomobillərə hücum etdiyi, bir qrup türkün təhlükəsizlik naminə bir kazinoya sığınmağa məcbur olduğu xəbəri yayılıb. 

Hücumdan sonra Podqoritsa polisi yaşayış icazəsi olmayan 45 Türkiyə və Azərbaycan vətəndaşının da saxlanıldığını bildirib. 

Saxlanılan şəxslərdən 7-sinin cərimə edildiyi, 8-inin isə ölkədən deportasiya ediləcəyi bildirilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı

7 sentyabr 2026

sosial media

Nədənsə bu məmləkətin insanlarına baxdıqda Dino Buzzatinin “Tatar çölü” romanının qəhrəmanı Droqonu xatırlayıram. Onun da arzuları vardı və həmin arzular onu yaşadırdı. Bəlkə də insanı yaşadan elə arzularıdır. Bu gün sahib olmadığımız, amma sabah əldə edəcəyimizə inandığımız şeylər, bir gün dəyişəcəyini düşündüyümüz həyat, gələcəyinə ümid etdiyimiz yaxşı günlər. Həyatımızın böyük bir hissəsi bu gözləntilərin içərisində keçir. Bəzən fərqinə varmadan bu günü deyil, gələcəkdə başlayacağına inandığımız başqa bir həyatı yaşayırıq və ya onu yaşamağı arzu edirik. İtalyan yazıçısı Dino Buzzatinin “Tatar çölü” romanında gənc leytenant Droqo hərbi məktəbi bitirdikdən sonra xidmət etmək üçün Bastiani qalasına göndərilir. Qarşıda uzun bir həyatı, hərbçi...
Manşet

"Baksol yolu işi"ndə tikinti rəisi: "Təmir üçün material 1 ay gec ayrılıb" 

17 fevral 2026

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, fevralın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində dindirilib.  Y.Əhmədov ibtidai istintaqa verdiyi ifadəni təkzib edib: "Dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm."  Bu zaman dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan?". Şahid isə 3 saat gözləyib yorulduğu üçün ifadəni imzaladığını deyib. ...

Seçilmiş Videolar

Toplum TV loqo