Manşet

"Amnesty International" azərbaycanlı tədqiqatçıların azadlığı üçün kampaniyaya başlayıb 

17 Sentyabr, 2025
65

Foto: sosial media

"Amnesty International" beynəlxalq insan hüquqları təşkilatı Azərbaycanda həbsdə olan elmi tədqiqatçılar Bəhruz Səmədov və İqbal Əbilovun azadlığa buraxılması üçün kampaniyaya başlayıb. 

Kampaniya çərçivəsində təşkilat Azərbaycan prezidenti İlham Əliyevə məktublar yazılması üçün çağırış edib. 

Kampaniyaya qoşulmaq istəyənlər üçün təşkilat məktub nümunəsi də hazırlayıb. 

Nümunədə Səmədov və Əbilovun qondarma ittihamlarla və siyasi motivlərlə həbs olunduğu bildirilir.

"İqbal Əbilov və Bəhruz Səmədovun saxta ittihamlarla uzunmüddətli həbs cəzalarına məhkum edilməsi, akademik dairələrdə tənqidin qarşısını almaq və siyasi cəhətdən həssas mövzuların müzakirəsini əngəlləmək kampaniyasının bir hissəsi kimi görünür", - deyə nümunədə qeyd olunub. 

Ardınca məktub nümunəsində Əliyevdən Səmədov və Əbilovu "dərhal və qeyd-şərtsiz azad etməsi" tələb olunur. 

"Onlar azadlığa buraxılana qədər adekvat tibbi yardımla təmin edilməli, müstəqil müşahidəçilər və dövlət tərəfindən təyin olunmuş müdafiəçi onlara həbsdə olduqları müddətdə baş çəkməlidirlər. Bundan əlavə, sizə müraciət edirik ki, dinc tənqidçilərə, jurnalistlərə və fəallara qarşı genişmiqyaslı təqibləri dayandırasınız və Azərbaycanın beynəlxalq insan haqları qanunları çərçivəsində öz öhdəliklərinə tam riayət etməsini təmin edəsiniz", - deyə əlavə olunub. 

Çexiyanın Karlov Universitetinin doktorantı Bəhruz Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2024-cü il avqustun 21-də həbs olunub.

O, 2025-ci il iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. 

Sülh fəalı dövlətə xəyanətdə ittiham olunub.

Cinayət işində iddia olunur ki, o, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib. 

Bəhruz Səmədov məhkəmələrinin birində vurğulayıb ki, heç vaxt Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu deməyib və daim sülh tərəfdarı olub. 

O, dövlətlər arasında müharibəyə və bunun nəticəsində insanların ölməsinə qarşı olduğunu bildirib.

İqbal Əbilova mayın 20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində 18 il hökm oxunub. 

Belarusda yaşayan İqbal Əbilov 2024-cü il iyulun 22-də Azərbaycana qohumlarının yanına gəldiyi zaman saxlanılıb.

İqbal Əbilov Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, razılaşdırılmış şəkildə Azərbaycanda milli zəmində nifrət yaratmaq cəhdində ittiham olunur.

Ona qarşı Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (dövlət əleyhinə yönələn açıq çağırışlar – xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrilə ittiham irəli sürülüb. 

Əbilovun Hüquqlarını Müdafiə Komitəsi bildirib ki, o, heç bir siyasi fəaliyyətdə iştirak etməyib və onun yeganə “cinayəti” elmi obyektivlik, vicdanlı araşdırma və mədəni irsi qorumaqdır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Manşet

Əsgər ölümünə görə həbsdə olan komandir və tibbi xidmət rəisi azadlığa buraxılıb

11 Sentyabr 2025

Foto: açıq mənbə

Ötən il itkin düşən əsgər Ceyhun Hüseynovun ölümü ilə bağlı həbs edilmiş komandir və tibbi xidmət rəisi azadlığa buraxılıb. “Qafqazinfo”nun xəbərinə görə, Naxçıvan Ali Məhkəməsi bu barədə qərar çıxarıb.  Qərara əsasən, polkovnik Samir Həziyev və tibb xidməti rəisi Aydın Quliyevin cəzalarının qalan hissəsi şərti hesab olunub.  Hadisə ötən ilin iyunun 9-da baş verib. Əsgər Ceyhun Hüseynov xidmət etdiyi hərbi hissədən naməlum şəraitdə itkin düşüb, iki gün sonra isə odlu silahla vurulmuş nəşi tapılıb. Məhkəmə istintaqı ekspert rəylərinə istinadla əsgərin intihar etdiyini bildirib.  Hüseynovun komandiri və hərbi hissənin tibb xidməti rəisi hadisə ilə bağlı vaxtında zəruri tədbirlər görməməkdə təqsirləndirilərək, Naxçıvan Hərbi...
Manşet

Məhkəmə yeniyetməni zorlayan hərbçiyə "homoseksuallıqdan əziyyət çəkdiyinə görə" yüngül cəza verib

10 Sentyabr 2025

Foto: açıq mənbə

Naxçıvan sakini Novruz Musayev sosial mediada video yayımlayaraq 15 yaşlı oğlunun üç hərbçi tərəfindən zorlandığını bildirib.  Musayev videomüraciətində iddia edib ki, onlardan biri Kəngərli Rayon Hərbi Prokurorluğuna rüşvət verərək azadlığa çıxıb, digərləri isə müvafiq olaraq bir il və doqquz ay müddətinə həbs cəzasına məhkum olunublar. Ata videoda prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyevaya müraciət edərək hərbçilərin ədalətli şəkildə cəzalandırılmasını istəyib.  Musayev bildirib ki, oğlu məhkəmədə onu zorlayan hərbçilərin adlarını çəkib, lakin hərbi prokuror onun ifadəsini rədd edib. “Oğlumu məktəbdən, hazırlıq kurslarından qovdular. Mənim oğlumun taleyi necə olacaq? Həyatımız qaranlığa qərq olub”, – deyə Musayev videoda qeyd edib.  Ata “OC...

Seçilmiş Videolar

Toplum TV loqo