Ruslan İzzətli: “Hakimiyyət dövri tezislərlə təbliğat apararaq cəmiyyətin müqavimətini qırmaqla məşğuldur”
Foto: açıq mənbə
“Toplum TV işi” üzrə həbsdə olan, III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbsinə münasibət bildirib.
Siyasətçinin “Facebook” səhifəsində ictimailəşdirilən mesajda o qeyd edib ki, bu kimi həbsləri keçmiş Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevə qarşı açılmış cinayət işi ilə əlaqələndirmək hakimiyyətin təbliğatıdır.
“İnanclı şəxsləri həbs edib təbliğat aparırlar ki, İran ölkəmizdə dini rejim qurmaq istəyir. Demokratik qüvvələri həbs edib təbliğat aparırlar ki, Qərb ölkədə inqilab etmək istəyir. İndi də illərdir bu hakimiyyətə xidmət edən, milləti talayan Ramiz Mehdiyevə qarşı cinayət işi açıb, yenə də müxalifəti bu işə cəlb edib təbliğat aparırlar ki, Rusiya çevriliş etmək istəyir”, - o deyib.
“Əslində isə dövri tezislərlə təbliğat apararaq qorxu mühitini möhkəmləndirib, cəmiyyətin müqavimətini sındırmaqla məşğuldurlar. Kin, nifrət siyasəti bir qrupun zənginləşməsinə, bütöv millətin isə qaranlığa qərq olmasına xidmət edir. Hansısa ölkənin ölkəmizə qarşı məkrli planları ola bilər. Amma buna qarşı cəmiyyətin müqavimətini formalaşdırmaq üçün məsələyə hakimiyyət maraqlarından yox, dövlət maraqlarından yanaşmaq lazımdır”, - R. İzzətli əlavə edib.
Dekabrın 1-də Əli Kərimli barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.
Ə.Kərimli noyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb və evində 6 saatdan çox axtarış aparılıb.
Eyni gündə AXCP Ali Məclisinin katibi Məmməd İbrahim, sədrin köməkçisi Faiq Əmirli, AXCP üzvü Ruslan Əmirov və keçmiş üzv Saleh Rüstəmli də saxlanılıb. F.Əmirli, R.Əmirov və S.Rüstəmli sonradan sərbəst buraxılıb.
M.İbrahim barəsində də 2 ay yarım həbs qətimkan tədbiri seçilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Foto: açıq mənbə
Akif Qurbanovla müsahibə: “‘Tək adam’ rejiminin sahibi Əliyevi daşı ətəyindən tökməyə səsləyirəm”
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
İcra hakimiyyəti: "Bayırşəhərdə binaların memarlıq abidələri siyahısından çıxarılması üçün tədbirlər görülür"
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib