Manşet

Tramp ABŞ-ni 66 təşkilatdan çıxarır

8 Yanvar, 2026
71

Foto: Molly Riley

ABŞ 66 beynəlxalq təşkilatdan çıxacaq.

Bu barədə prezident Donald Tramp yanvarın 7-də sərəncam imzalayıb.

Bunların təxminən yarısı Birləşmiş Millətlər Təşkilatının (BMT) tabeliyində olan təşkilatlardır.

ABŞ-nin çıxacağı BMT təşkilatları arasında Əhali Fondu, Demokratiya Fondu, İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası, Sülh Quruculuğu Fondu və başqaları var.

“Tramp administrasiyası bu qurumları fəaliyyət dairəsinə görə təkrarçı, pis idarə olunan, lazımsız, israfçı, zəif şəkildə təşkil edilmiş, öz maraqlarını ölkəmizin maraqlarına zidd şəkildə irəli sürən aktorların təsiri altına düşmüş və ya ölkəmizin suverenliyinə, azadlıqlarına və ümumi rifahına təhdid yaradan qurumlar kimi qiymətləndirib", - Dövlət Departamenti açıqlamasında bildirib.

Administrasiya daha əvvəl Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA), BMT İnsan Hüquqları Şurası və BMT-nin mədəniyyət üzrə qurumu olan UNESCO kimi təşkilatlara dəstəyi dayandırmışdı.

Tramp ötən ilin yanvarında prezidentliyə başlayandan bəri ABŞ-nin xarici yardımları və beynəlxalq təşkilatlara dəstəyində ixtisarlara gedib, yalnız ABŞ-nın maraqlarını dəstəkləyən proqramları maliyyələşdirəcəyini deyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

"Baksol yolu işi"ndə tikinti rəisi: "Təmir üçün material 1 ay gec ayrılıb" 

17 Fevral 2026

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, fevralın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində dindirilib.  Y.Əhmədov ibtidai istintaqa verdiyi ifadəni təkzib edib: "Dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm."  Bu zaman dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan?". Şahid isə 3 saat gözləyib yorulduğu üçün ifadəni imzaladığını deyib. ...
Manşet

Şahin Şıxlinski qətl və sui-qəsd cəhdinin təşkilində günahkar sayılıb

12 Fevral 2026

Foto: açıq mənbə

Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski Rusiyada qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib.  Yerli mətbuatın yazdığına görə, bu barədə Yekaterinburqun Kirovski rayon Məhkəməsinin andlılar kollegiyası qərar çıxarıb. Andlılar Məhkəməsinin kollegiyası Şahin Şıxlinskini, Ayaz, Bakir, Kamal, Məzahir Səfərovları və Şücayəddin Rəcəbovu Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilib. İstintaq onların 2001-ci ildə iş adamı Yunus Paşayevin qətlində və 2010-cu ildə iş adamı Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak etdiklərini hesab edir. Andlılar məhkəməsinin iclası prokurorluğun tələbi ilə məhkəmə prosesi qapalı keçirilib. Hakimin andlılar kollegiyasının qərarına əsasən hökm çıxaracağı gözlənilir. Andlılar məhkəməsinin kollegiyasının çıxardığı qərara əsasən, Şahin Şıxlinski 2010-cu ildə Fehruz...

Seçilmiş Videolar

Toplum TV loqo