Manşet

Ülviyyə Əli “Ən Əzmkar Jurnalist” kateqoriyasında mükafata namizəd göstərilib

9 Yanvar, 2026
139

Foto: sosial media

“Meydan TV işi” üzrə həbsdə olan jurnalist Ülviyyə Əlinin (Quliyeva) adı  “Free Press Unlimited” təşkilatının “Free Press Awards” (Azad Mətbuat Mükafatı) 2025-ci il üzrə finalistlərinin siyahısına salınıb. 

Təşkilat bildirib ki, Ülviyyə Əli “Ən Əzmkar Jurnalist” (Most Resilient Journalist) kateqoriyasında mükafata namizəd göstərilib.

Onlar jurnalistin fəaliyyəti dövründə məhkəmələrdən, insan haqları pozuntuları barədə reportajlar, habelə sənədli filmlər çəkməsini yüksək qiymətləndirib.

Təşkilat Ülviyyə Əlinin namizədliyi barədə fikirlərini də öz informasiya platforması vasitəsilə bölüşüb:

“On ildir jurnalistika ilə məşğulam və son səkkiz aydır bu missiyanı həbsxanadan davam etdirirəm. Artıq əminəm ki, bəşəriyyətə xidmət fiziki azadlıqdan daha önəmlidir. Əgər təcrid olunmuş məhbuslar hələ də mənim onların səsini ucaltmağımı istəyirlərsə, jurnalistikanı dayandırmağı düşünmək belə onlara qarşı ədalətsizlik olardı”.

“Free Press Awards 2025”in qalibləri 3 fevral tarixində Niderlandın Haaqa şəhərində, “Nieuwspoort” mərkəzində keçiriləcək “Free Press Live” tədbirində açıqlanacaq.

Mayın 7-də “Meydan TV işi” üzrə həbs olunan Ülviyyə Əli jurnalist kimi “Amerikanın Səsi” ilə əməkdaşlıq edib. 

Bu media qurumu ilə əməkdaşlığını bitirəndən sonra da öz sosial media hesablarında siyasi motivli məhkəmələrdən reportajlar yayımlamağa davam edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

"Baksol yolu işi"ndə tikinti rəisi: "Təmir üçün material 1 ay gec ayrılıb" 

17 Fevral 2026

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, fevralın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində dindirilib.  Y.Əhmədov ibtidai istintaqa verdiyi ifadəni təkzib edib: "Dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm."  Bu zaman dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan?". Şahid isə 3 saat gözləyib yorulduğu üçün ifadəni imzaladığını deyib. ...
Manşet

Şahin Şıxlinski qətl və sui-qəsd cəhdinin təşkilində günahkar sayılıb

12 Fevral 2026

Foto: açıq mənbə

Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski Rusiyada qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib.  Yerli mətbuatın yazdığına görə, bu barədə Yekaterinburqun Kirovski rayon Məhkəməsinin andlılar kollegiyası qərar çıxarıb. Andlılar Məhkəməsinin kollegiyası Şahin Şıxlinskini, Ayaz, Bakir, Kamal, Məzahir Səfərovları və Şücayəddin Rəcəbovu Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilib. İstintaq onların 2001-ci ildə iş adamı Yunus Paşayevin qətlində və 2010-cu ildə iş adamı Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak etdiklərini hesab edir. Andlılar məhkəməsinin iclası prokurorluğun tələbi ilə məhkəmə prosesi qapalı keçirilib. Hakimin andlılar kollegiyasının qərarına əsasən hökm çıxaracağı gözlənilir. Andlılar məhkəməsinin kollegiyasının çıxardığı qərara əsasən, Şahin Şıxlinski 2010-cu ildə Fehruz...

Seçilmiş Videolar

Toplum TV loqo