Məhkəmə

Abgül Süleymanov 30 sutka həbs edilib

24 Sentyabr, 2026
27

VOA

İlahiyyatçı Abgül Süleymanov inzibati qaydada 30 sutka həbs edilib.

Bu barədə “Toplum TV”yə  jurnalist Arzu Abdulla məlumat verib.

Onun sözlərinə görə, Süleymanov sentyabrın 23-də saxlanılıb. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə - polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda ittiham olunub.

İlahiyyatçının yaxınları da məlumatı “Meydan TV”yə təsdiqləyiblər.

“Bu gün səhər Abgül zəng etdi. Dedi ki, dünən Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb. Bu gün də Binəqədiyə aparılıb. İndi vəkil onunla görüşəcək. Maşınının açarı və telefonu əlindən alınıb”, - həyat yoldaşı bildirib.

Yaxınları ilahiyyatçının saxlanmasını onun “Facebook”da hicabla bağlı paylaşımı ilə əlaqələndirirlər. Süleymanov həmin paylaşımda yazıb:

“Əgər cürət edib məktəbli qızların hicabla təhsil almasına qadağa qoysalar, mən zindanı seçib elə zindandaca öləcəyəm. Onsuz da bu ölkədə hamı zindan həyatı yaşayır”.

Abgül Süleymanov bundan əvvəl, 2011-ci ilin avqustunda həbs olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.

İlahiyyatçı ölkədə iğtişaşların törədilməsində, ictimai təhlükəsizliyin pozulmasına cəhddə və insanları itaətsizliyə təhrik etməkdə ittiham olunurdu. Saxlanılarkən üzərindən 23,7 qram narkotik maddə götürüldüyü də iddia olunub.

Süleymanov 2022-ci il sentyabrın 29-da cəza müddəti başa çatdığı üçün azadlığa çıxıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

“Toplum TV işi” üzrə apellyasiya prosesi başlayır

18 Sentyabr 2026

Toplum TV

“Toplum TV işi” üzrə 12 ildən 15 ilədək həbs cəzasına məhkum olunan 9 nəfərin apellyasiya şikayətlərinə baxılacaq. Bakı Apellyasiya Məhkəməsində baş tutacaq ilk iclas sentyabrın 21-nə təyin edilib. “Toplum TV işi“ üzrə təqsirləndirilən şəxslərə İyulun 27-də Bakı Ağır Cinayətlər məhkəməsində hökm oxunub. Hökmə əsasən, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov 15, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli 14, siyasətçi Ruslan İzzətli 15, IDI əməkdaşları Ramil Babayev 13, Əli Zeynal 14, İlkin Əmrahov 13, “Toplum TV” əməkdaşları Müşfiq Cabbar 13, Fərid İsmayılov 12, Elmir Abbasov isə 11 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. E. Abbasov məhkəmə zalında həbs olunub. Məhkum...
Məhkəmə

Kamal İsayevə 8 il yarım həbs cəzası verilib

8 Sentyabr 2026

sosial media

Sentyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hökumət tənqidçisi Kamal İsayevin işi üzrə sonuncu məhkəmə prosesi keçirilib. Yaxınlarının "Toplum TV"yə verdiyi məlumata görə, hakim Fərid Namazovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, o, 8 il yarım müddətinə azadlıqdan məhrum edilib. Prosesdə əvvəlcə ötən iclaslarda olduğu kimi K.İsayevin müxtəlif vaxtlarda etdiyi sosial media paylaşımları nümayiş etdirilib. Bu dəfəki paylaşımlarda onun Qarabağın azad edilməsi ilə bağlı Azərbaycan xalqına ünvanladığı videomüraciətlər yer alıb.  Müdafiə tərəfi nümayiş etdirilən videoların yenidən ekspertiza olunması və ekspert tərəfindən yeni rəy verilməsi barədə vəsatət qaldırıb. Vəkil Nemət Kərimli bildirib ki, təqdim olunan materiallarda irəli...

Seçilmiş Videolar

Toplum TV loqo