BMT
Ukrayna prezidenti Volodimir Zelenski BMT Baş Assambleyasındakı çıxışında qarşıdakı qışın Ukrayna üçün ağır keçə biləcəyini deyib.
“Bu qış bizim üçün çox sərt keçə bilər. Lakin buna cavab olaraq onu Rusiya üçün də ağrılı etməkdən başqa seçimimiz olmayacaq”, - Zelenski bildirib.
O qeyd edib ki, Rusiya ilin əvvəlindən bəri Ukraynaya 2100-dən çox raket, 63 min müxtəlif növ kəşfiyyat-zərbə pilotsuz uçuş aparatı buraxıb. Zelenskinin sözlərinə görə, onlardan 7700-ü “Şahed” tipli PUA olub.
Zelenski həmçinin bildirib ki, Rusiya müharibədə 47 ölkənin vətəndaşlarından istifadə edir. O, həmin ölkələrin rəhbərlərini vətəndaşlarının cəbhəyə göndərilməsinin qarşısını almağa çağırıb.
Ukrayna prezidenti, həmçinin Vladimir Putinin “hərəkət etmək və bu şəri yaymaq imkanından məhrum edilməli olduğunu” söyləyib.
Zelenski BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyası çərçivəsində jurnalistlərlə söhbətində Rusiya və ABŞ-nin iştirakı ilə üçtərəfli görüşün dekabrda Mayami şəhərində keçiriləcək “Böyük İyirmilik” (G20) sammiti çərçivəsində baş tuta biləcəyini də bildirib.
Onun sözlərinə görə, G20 sammiti ABŞ tərəfindən təklif olunan ən yaxşı imkanlardan biridir.
“Mən hesab edirəm ki, bu, real nəticə ilə üçtərəfli görüşün keçirilməsi üçün imkandır”, - Zelenski deyib.
O bildirib ki, ABŞ prezidenti Donald Trampın, Avropa, Çin, Hindistan və Yaxın Şərq ölkələri nümayəndələrinin iştirak edəcəyi sammit nəticə əldə olunması üçün münasib şərait yarada bilər.
“Şübhəsiz ki, belə bir format həyata keçirilərsə və müvafiq razılaşma əldə olunarsa, Ukrayna bu formatı dəstəkləyəcək”, - Zelenski vurğulayıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
whitehouse.com
sosial media
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”