whitehouse.com
ABŞ federal məhkəməsinin hakimi prezident Donald Trampın bir sıra media qurumlarının Ağ Evə girişinə qoyduğu qadağanı qanunsuz sayıb.
Tramp ötən həftəsonu CNN, MSNOW və "Politico"nun jurnalistlərinin Ağ Evə girişinə qadağa qoyduğunu elan etmişdi. O, bunu sözügedən media orqanlarının onun barəsində "saxta xəbərlər hazırlamaları" ilə əsaslandırmışdı. Lakin rəhbərlik etdiyi administrasiya məhkəmədə qərarın milli təhlükəsizliyə risklərdən irəli gəldiyini bildirib.
Məhkəmə işə mahiyyəti üzrə baxılana qədər - azı 14 gün müddətinə Tramp administrasiyasına jurnalistləri Ağ Evə buraxmamağa qadağa qoyub. Lakin qərarda Trampın qadağasının konstitusiyaya zidd olduğu da göstərilib.
"Mövcud iş materiallarında təqsirləndirilən tərəflərin iddiasını dəstəkləyən - iddiaçıların daimi giriş icazələrinin ləğvinin həqiqətən milli təhlükəsizliyi qoruyacağı və ya məhkəmə bu proses davam etdiyi müddətdə onların giriş icazələrinin bərpa edilməsinə qərar verərsə, milli təhlükəsizliyin təhlükə altına düşəcəyini göstərən heç bir fakt yoxdur", - deyə qeyd olunub.
Trampın media qurumlarına qoyduğu qadağadan sonra ona yaxın olan "Fox News" da daxil olmaqla aparıcı telekanallar Ağ Evdən yayımları dayandırmaq qərarı veriblər.
ABŞ-də məhkəmələr daha öncə də Trampın bəzi əmrlərini qanunsuz hesab edən qərarlar verib. Məsələn, onun xarici ölkələrdən məhsullara tətbiq etdiyi tariflər və ABŞ-də doğulanlara vətəndaşlıq hüququ verən qanunun ləğvi məhkəmələr tərəfindən qanunsuz sayılıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
BMT
sosial media
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”