Siyasət

Yaxınları: “Samir Aşurov Kürdəxanı təcridxanasında döyülüb”

24 Sentyabr, 2026
31

sosial media

Almaniyadan Azərbaycana deportasiya ediləndən sonra həbs olunan siyasi fəal Samir Aşurovun saxlanıldığı 1 saylı Kürdəxanı Təcridxanasında fiziki təzyiqə məruz qaldığı bildirilir.

Bu barədə fəalın yaxınları sentyabrın 23-də sosial media hesablarında məlumat yayıblar.
Yaxınlarının sözlərinə görə, hadisə Aşurovun təcridxana zabitinə adı ilə müraciət etməsindən sonra baş verib.

“Samir Aşurova ‘Mənə müəllim deyə müraciət etməlisən’ deyilib. Zabit Bəhram Bəhramlının Samir Aşurovun əllərini arxadan qandallayaraq onu şillə və təpiklə döydüyü, eyni zamanda nalayiq söyüşlərlə təhqir etdiyi bildirilir”, - yaxınları qeyd edib.

İddiaya görə, Samir Aşurov bu barədə şikayət edəcəyini deyəndə zabit onun bədəninə yumruq və təpiklə zərbələr endirib.
“Samir Aşurov ürək xəstəsidir. Onun başına hər hansı bir hadisə gələrsə, buna görə siz məsuliyyət daşıyacaqsınız”, - yaxınları bildirib.

“Toplum TV” məsələ ilə bağlı Penitensiar Xidmətə sorğu göndərib. Cavab olduqda xəbərə əlavə ediləcək.

Samir Aşurov 2023-cü il martın 29-da Almaniyadan deportasiya olunub, 20 gün sonra isə saxlanılıb. O, bir şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham olunub.

2023-cü il dekabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsi Aşurovu Cinayət Məcəlləsinin 126.2-ci (xuliqanlıq zəminində qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silah və ya silah qismində istifadə olunan əşyanın tətbiqi ilə xuliqanlıq törətmə) maddələri ilə təqsirli bilərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Fəal ittihamları rədd edir, siyasi fəaliyyətinə görə cəzalandırıldığını bildirir. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”

24 Sentyabr 2026

sosial media

İlahiyyatçı, Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə həbsxanadan prezident İlham Əliyevə anlaşma təklifi ünvanlayıb.  Hərəkat üzvlərinin payılaşdığı müraciətdə Taleh Bağırzadə Azərbaycan hakimiyyətini uzun illərdir tənqid etdiyini bildirib. “Cənab Əliyev! Hər kəsdən daha çox sizə məlumdur ki, illərdir zülmlə işləyən hakimiyyətinizə qarşı haqlı olaraq ciddi tənqidlər səsləndirir, qeyri-sağlam idarəçiliyinizlə əsla barışmırıq. Əlbəttə, bunun ağır bədəllərini ödəməkdən də tam razıyıq və heç bir şikayətimiz də yoxdur. Lakin son zamanlar Azərbaycanımızda baş verən bəzi xoşagəlməz hadisələri nəzərə aldıqda, düşündük ki, uzun illərdən sonra sizinlə bir məsələ üzərində anlaşa və razılığa gələ bilərik”, - T.Bağırzadə bildirib. İlahiyyatçı təklif etdiyi anlaşmanın şərtlərini belə sıralayıb: “1....
Siyasət

Bəxtiyar Hacıyev: “300-dən çox siyasi məhbus ‘sülh əsiri’ kimi qəbul edilməlidir”

24 Sentyabr 2026

sosial media

10 il müddətinə azadlıqdan məhrum edilən ictimai fəal Bəxtiyar Hacıyev saxlanıldığı 6 saylı cəzaçəkmə müəssisəsindən yazır ki, Azərbaycanda siyasi məhbusların azad edilməsi sülh prosesinin vacib şərtlərindən biri olmalıdır. Yaxınlarının “Toplum TV” ilə bölüşdüyü yazıda o qeyd edir ki, Azərbaycan hakimiyyəti 2022-ci ildən etibarən vətəndaş cəmiyyəti nümayəndələrinə, siyasi fəallara, hüquq müdafiəçilərinə və jurnalistlərə qarşı genişmiqyaslı repressiyalar həyata keçirir. Yazını olduğu kimi təqdim edirik. “2022-ci ildən başlayaraq Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyəti liderlərinə, siyasi partiya fəallarına, hüquq müdafiəçilərinə və jurnalistlərə qarşı bənzərsiz repressiya dalğasına başladı, nəticədə 300-dən çox şəxs hazırda siyasi məhbus həyatı yaşayır, ayrı-ayrılıqda 10–15 il müddətinə, ümumilikdə 2000 ildən artıq azadlıqdan...

Seçilmiş Videolar

Toplum TV loqo