Məhkəmə

Anar Məmmədli və Anar Abdullanın məhkəməsi başlayıb

26 May, 2025
112

Foto: sosial media

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin həbsdə olan sədri Anar Məmmədli və ictimai fəal Anar Abdullanın məhkəməsi başlayıb. 

Mayın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məmmədlinin vəkili Cavad Cavadov müvəkkilinin şüşə qəfəsdə deyil, yanında əyləşməsi üçün vəsatət verib. Vəsatət təmin edilib. 

Daha sonra Cavadov Məmmədlinin ev dustaqlığına buraxılması və cinayət işinə xitam verilməsi ilə bağlı vəsatət verib. 

Anar Abdullanın müdafiəçisi də vəsatət verərək cinayət işinə xitam verilməsini istəyib. 

Məhkəmə vəsatətləri təmin etməyib. 

Məmmədlinin digər vəkili Elçin Sadıqov cinayət işində olan sənədlərlə tanış olmaq üçün məhkəmədən hazırlıq iclasının təxirə salınmasını xahiş edib.

Hazırlıq iclası iyunun 2-dək təxirə salınıb.

Anar Məmmədli 2024-cü il aprelin 29-da saxlanılıb.

O, Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq maddəsilə ittiham olunur.

Məmmədli özünü təqsirli saymır.

A.Abdulla isə aprelin 8-də Məmmədliyə qarşı açılmış cinayət işi çərçivəsində təqsirləndirilən şəxs qismində tanınıb.

Ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, yalançı sahibkarlıq, qaçaqmalçılıq, vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma, qaçaqmalçılıq əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və  rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma maddələri ilə ittiham irəli sürülüb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Ruslan İzzətli: “Ziyalıların çoxu şəxsi maraqlara görə məmləkətin uçuruma getməsinə susur”

30 May 2025

Foto: sosial media

III Respublika Platformasının qurucu heyət üzvü Ruslan İzzətli Kürdəxanı İstintaq Təcridxanasından yazır: Respublika dəyərlərinin hakim olduğu ölkələrdə siyasətçilər siyasi meydanlarda, seçki proseslərində, media quruluşlarında xalqa müraciət edir. Respublika dəyərlərinin boğulduğu ölkələrdə isə siysətçilər həbsxanalardan xalqa müraciət edir.  Həbsxana mənim üçün həm də siyasətçinin inzivaya çəkildiyi yerdir. Düşünmək, analiz etmək, gələcəyi daha yaxşı inşa etmək üçün inziva önəmlidir. Təbii ki, kimisi bu inzivadan özünü, davasını inkar edərək çıxır, kimisi də qaranlığa qərq olmuş məmləkətin aydınlığa çıxması üçün daha enerjili və əzmli çıxır.   Dövlətimizin qurucu lideri Məhəmməd Əmin Rəsulzadə bizim üçün həm də dönməzlik simvoludur… Həbsxanada keçirdiyim ikinci Respublika bayramı günümü...
Məhkəmə

Afiəddin Məmmədov: “Cəzaçəkmə müəssisəsində siçanlar ərzaq qutularını deşir”

30 May 2025

Foto: VOA

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan sədri Afiəddin Məmmədov saxlanıldığı 2 saylı Cəzaçəkmə Müəssisəsindəki şəraitdən şikayət edir.  “İşçi Masası”ndan Toplum TV-yə bildirilib ki, Məmmədov müəssisədə “dözülməz, antisanitar” şəraitdə saxlanılır.  “Mətbəxdə siçanlar sərbəst şəkildə gəzir, ərzaq qutularını deşir və yeməkləri yeyirlər. Yatmaq üçün ayrılmış yerlərdə də siçanlar dolaşır”, - açıqlamada deyilir.  “İşçi Masası”, həmçinin, Məmmədova istinadən bildirir ki, müəssisədə normadan artıq sayda məhbus saxlanılır.  “250-dən çox məhbus üçün cəmi 4 sanitar qovşaq fəaliyyət göstərir. Nəticədə məhbuslar saatlarla növbədə gözləməyə məcbur olurlar”, - deyə qeyd olunub.  Təşkilat həbsdə olan sədrlərinin səhhətində nasazlıq olduğunu, lakin müəssisədə lazımi tibbi şəraitin olmadığını bildirir.  “Məhbuslar...

Seçilmiş Videolar

Toplum TV loqo